Hüquq müdafiəçilərinin bildirdiyinə görə, İranın təhlükəsizlik qüvvələri Əlburz vilayətində yaşayan türk fəal Səyyad (Ovçu) Məhəmmədiyanı həbs ediblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, “türk fəal çərşənbə günü təhlükəsizlik məmurları tərəfindən nəzarət altına alınaraq naməlum yerə aparılıb.”
Agentliyin bildirdiyinə görə, Məhəmmədiyan Kərəc şəhərinə yaxın Yengi İmam kəndinin sakindir.
Araz News xəbər saytının yazdığına görə, “Məhəmmədiyan ailəsinə yaxın mənbələr onun mülki geyimli məmurlar tərəfindən saxlanıldığını bildiriblər. Fəalın kompüteri və bəzi digər elektron cihazlarını məmurlar tərəfindən müsadirə olunub.”
Əslən Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərindən olan Səyyad Məhəmmədiyyan keçmiş illərdə də dil hüquqları və mədəni-siyasi sahələrdə fəaliyyətlərinə görə təhlükəsizlik və məhkəmə orqanlarının təzyiqlərinə məruz qalıb.
SEE ALSO: Qərbi Azərbaycan vilayətində siyasi fəal təhlükəsizlik şöbəsində dindirilibSon aylar İranın məhkəmə və təhlükəsizlik orqanları İran Azərbaycanı, eləcə də Tehran, Əlburz və Gilan kimi vilayətlərdə yaşayan türk fəallara təzyiqləri artırıblar.
Fevral ayının ilk həftəsində həmin vilayətlərdə saxlanılıb və Tehranın Evin həbsxanasına göndərilən 30-a yaxın fəallardan bir neçəsinin həbsi hələ də məhkəmə hökmü olmadan davam edir.