İsrail gecə boyu Qəzzaya zərbələr endirib

İsrail ordusu çərşənbə günü Qəzza zolağı boyunca hava hücumları və quru əməliyyatları həyata keçirib. Misirdə isə müzakirəçilər münaqişəni bir neçə həftə dayandıracaq potensial atəşkəs planı üzərində işləyib.

İsrail Müdafiə Qüvvələri oktyabrın 7-də İsrailə qarşı terror aktında iştirak edən iki militantın Beyt Hanun bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində öldürüldüyünü bildirib. İsrailin digər zərbələri Qəzzanın mərkəzində və zolağın cənub hissəsindəki Xan Yunus bölgəsində baş verib.

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron deyib ki, o, çərşənbə günü Qəzza zolağına daha çox humanitar yardımın çatdırılmasını asanlaşdırmağın zəruriliyi barədə İsrailə xəbərdarlıq etməyi planlaşdırır.

"İnsanlar aclıqdan ölür; insanlar başqa yolla qarşısı alına bilən xəstəliklərdən ölür" - deyə, Kemeron çərşənbə axşamı parlamentdə çıxış edərkən bildirib.

Kameron çərşənbə günü səfəri zamanı İsrailin Müharibə Nazirlər Kabinetinin üzvü Benni Qantz ilə görüşündə məsələni qaldıracağını deyib.

Beynəlxalq vasitəçilər martın 10-da başlayacaq müqəddəs Ramazan ayından əvvəl altı həftəlik atəşkəs əldə etmək üçün çərşənbə günü Qahirədə yenidən görüşdüb.

Gecə ərzində İsrailin bombardmanı nəticəsində həlak olan fələstinlilərin yaxınları Qəzza zolağının cənubundakı Xan Yunisdəki Avropa xəstəxanası meyitxanasında cəsədlər üzərində yas tutub.

ABŞ prezidenti Co Bayden çərşənbə axşamı deyib ki, döyüşlərdə yeni fasilənin olub-olmayacağı sualı “hazırda HƏMAS-ın əlindədir”. Lakin eyni zamanda, o, İsrailin aclıqdan əziyyət çəkən fələstinlilərə kömək etmək üçün müharibədən zərər çəkmiş ərazilərə daha çox humanitar yardım göndərməkdən başqa “bəhanəsi olmadığını” deyib.

"Bizim atəşkəsə ehtiyacımız var" - deyə, Bayden Vaşinqtondan yaxınlığındakı Kemp Devid prezident iqamətgahını tərk edərkən jurnalistlərə bildirib.

O, gələn həftə müsəlmanların müqəddəs Ramazan ayının başlamasına qədər İsrail və HƏMAS-ın Qəzzada atəşkəs əldə edə bilməməsi təhlükəsinin artacağı barədə xəbərdarlıq edib.

Baydenin şərhləri Dövlət Katibi Antoni Blinkenin İsraili Qəzzaya daha çox humanitar yardım çatdırmaq üçün “hər cür mümkün vasitələrdən” istifadə etməyə çağırdığı, on minlərlə məcburi köçkün fələstinlinin hazırkı vəziyyətinin qəbuledilməz və qeyri-davamlı olduğunu deyərkən səslənib.

Blinken Dövlət Departamentində Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə görüşdən əvvəl deyib: "İsrail ehtiyacı olan insanlara yardım çatdırmaq üçün mümkün olan bütün vasitələrdən, mümkün üsullardan maksimum istifadə etməlidir".
Blinken Bayden administrasiyasının İsrailin Qəzzaya daha çox humanitar yardımgöndərməsinə yol vermək üçün yeni sərhəd keçidləri açması çağırışını təkrarlayıb.

Keçən oktyabr ayında müharibə başlayandan bəri kəskin şəkildə azaldılan yardımların son bir ayda daha da azalması səbəbindən Aralıq dənizi sahilləri boyunca mühasirəyə alınmış Qəzza zolağında aclıq baş qaldırıb.

İsrail, Qəzzada yaraqlıların hələ də saxladığı girovların adlarının siyahısını təqdim etmədiyi üçün HƏMAS-ı günahlandıraraq Qahirə danışıqlarından uzaqlaşıb.

HƏMAS-ın yüksək rütbəli rəsmisi çərşənbə axşamı jurnalistlərə deyib ki, razılaşmanın olmamasının günahkarı İsrailin Baş naziri Binyamin Netanyahudur və bu, İsrailin müttəfiqi ABŞ-ın əlindədir.