İnsanlar Navalnının məzarına gül dəstələri qoymaq üçün üçüncü gündür növbələrdə dayanır

Bazar günü Aleksey Navalnının yüzlərlə tərəfdarı mərhum müxalifət lideri və antikorrupsiya fəalının xatirəsinə gül dəstələri qoymaq və onu yad etmək üçün uzun növbələrə dayanıb.

Vladimir Putinin ən məşhur rəqibi Navalnının dəfn mərasimi Kreml liderinin real rəqiblərlə qarşılaşmadığı seçkidə altı illikmüddətə yenidən seçilməsinə cəmi iki həftə qalmış ötən cümə günü keçirilib,

Bazar günü artıq üçüncü gündür ki, Borisov qəbiristanlığında uzun növbələr yaranıb.

Cümə günü Navalnının anım və dəfn mərasimində minlərlə insan iştirak edib, baxmayaraq ki, Kreml onların icazəsiz ictimai nümayiş və toplantıları qadağan edən ciddi qaydaları pozduqları aşkar edilərsə, həbs oluna biləcəkləri barədə xəbərdarlıq edib.

Amerikanın Rusiyadakı səfiri Lin Treysi Moskvada vida mərasiminin keçirildiyi kilsəyə gedib və kilsənin önündəki məbədə qızıl güllər qoyub. Rusiya səlahiyyətliləri kilsəyə yalnız qohumlar və yaxın dostların daxil olmasına icazə verib. Treysiyə bir çox diplomatla birgə Almaniya və Fransa səfirləri də qoşulub.

Cümə günü bir neçə şəhərdə Navalnıya ehtiramlarını çatdırdıqlarına görə ən azı 45 nəfər saxlanılıb.

Bazar günü sayı əvvəlki günlərə nisbətən daha az və kütləvi həbslər olmasa da, qəbiristanlıqda hələ də polis olub. Qəbiristanlığa girmək üçün növbələr əsas yol boyu yarım kilometr uzanırıb.

Putinin 24 illik hakimiyyəti dövründə Rusiyanın demək olar ki, bütün müxalifət nümayəndələri həbs edilib, öldürülüb və ya xaricə qaçıb.

Navalnının müttəfiqləri Kreml liderini rusiyalı müxalifətçinin qətlinə göstəriş verməkdə ittiham edir. Qərb liderləri Navalnının ölümünə görə Putinin “məsuliyyət daşıdığını” bəyan edib.

Rusiya onun ölümünə görə dövlətin məsuliyyət daşıdığını inkar edib.