Qərbi Azərbaycan vilayətində 50 sosial media admini həbs edilib

Iran Internet Struggles

Qərbi Azərbaycan vilayətinin polisinin Baş Komandanı Sərdar Rəhim Cahanbəxş bu vilayətdə sosial media səhifələrinin 50 administratorunun həbs edildiyini açıqlayıb. O, həmin şəxslərin həbsinin səbəbini “seçkilərdə iştirak etməməyə dəvət etmək” kimi açıqlayıb.

Bu barədə rəsmi dövlət xəbər agentliyi İRNA məlumat yayıb.

Polis bildirib ki, həbs olunan şəxslər sosial media vasitəsilə “ictimai rəyi çaşdırmağa” və “seçkilərdə iştirak etməməyə dəvət etməyə” cəhd ediblər.

Cahanbaxş bildirib ki, bu şəxslər sosial mediada “gərginlik yaradan məzmun” yaydıqları üçün qanun pozuntusuna yol veriblər.

O, saxlanılanların kimliyi və hazırda harada olduğu haqqında məlumat verməyib.

Martın 1-də İranda parlament və Üləma Məclisinə seçkilər keçiriləcək.

İslam Respublikasının əksər müxalifləri seçkilərin demokratik və ədalətli olmadığını irəli sürüb və seçkiləri boykot edib.