Rusiyada Navalnının xatirəsini yad etmək üçün gül qoyma mərasimlərində iştirak edən çox sayda insan saxlanılıb

Sankt-Peterburqda polis əməkdaşları mərhum rus müxalifət lideri Aleksey Navalnının xatirəsinə gül dəstələri qoymaq üçün siyasi repressiyaların qurbanlarının xatirəsinə ucaldılmış abidəyə gələn bir nəfəri saxlayıb. 17 fevral, 2024.

Associated Press-in şənbə günü verdiyi məlumata görə, Rusiyada müxalifət lideri Aleksey Navalnının xatirəsinə gül dəstələri qoymağa cəhd edən 100-dən çox insan saxlanılıb. Xəbər agentliyi bildirir ki, gül memorialları daha sonra polisin nəzarəti altında olan işçilər tərəfindən yığışdırılıb.

Rusiya insan hüquqları qrupu OVD-Info bəyanatınd abildirib ki, Navalnı “Arktika Dairəsindən kənarda yerləşən Rusiyanın ən sərt şəraitli həbsxanalarından biri”nə köçürülmüşdü.

“Navalnı 37 aylıq həbsi boyunca 297 gün amansız cəza kamerasında qalıb,” bəyanatda deyil. “Bu cür şəraitdə, zorakı üsullarla zəhərləməyə və ya öldürməyə ehtiyac yox idi - sadəcə gözləməli idilər.”

ABŞ Prezidenti Co Bayden Rusiya müxalifətinin lideri Aleksey Navalnının ölümünə reaksiyasında baş verənlərə görə birbaşa Rusiya prezidenti Vladimir Putini günahlandırıb. O, öz çıxışında habelə Ukraynaya yardımı yubadan ABŞ Nümayəndələr Palatasını danlayıb.

Rusiya rəsmiləri Putinin başlıca siyasi rəqibi Aleksey Navalnının arktik zonada əmək düşərgəsində öldüyünü elan ediblər. Rəsmi bəyanat müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Ağ Evdəki Oval Ofisdən verdiyi açıqlamada Bayden Navalnını cəsarətinə görə alqışlayıb. Belə ki, müxalifət lideri Putinin sərt tənqidçisi olaraq zəhərləndikdən və xaricdə müalicə aldıqdan sonra Rusiyaya qayıtmağa qərar vermişdi.

"O, təhlükəsiz mühacirətdə yaşaya bilərdi," deyə Bayden 2020-ci ildə Navalnının zəhərlənməsini xatırladıb. "Əvəzində o, bilərək ki, həbs oluna və hətta öldürülə bilər, Rusiyaya qayıtmağa qərar verdi. O, bunu ona görə etdi ki, öz ölkəsinə dərindən inanırdı."

Rusiya müxalifətinin lideri Aleksey Navalnı Moskvada öldürülmüş mxalifət lideri Boris Nemtsovun xatirəsini anan yürüşdə iştirak edərkən. 29 fevral, 2020. (AP Photo/Pavel Golovkin)

Baydenin sözlərinə görə, Rusiya rəsmiləri öz versiyalarını danışacaqlar, ancaq reallıq fərqlidir. "Heç kəs yanılmasın: Putin Navalnının ölümündə məsuliyyət daşıyır," Bayden deyib.

ABŞ prezidenti əlavə edib ki, Navalnının ölümü mübarizənin nəyin uğrunda getdiyini bir daha xatırladır və o, Nümayəndələr Palatasını Ukraynaya yardım paketini təsdiqləməyə çağırıb. "Tarix baxır," deyə Bayden yardımın qəbul edilməsinin qarşısını alan Respublikaçı çoxluğa ünvanlanıb.

"Bu həlledici anda Ukraynaya dəstək verməmək heç kəsin yadından çıxmayacaq," Bayden deyib.

Cümə günü Münhen Təhlükəsizlik Konfransında çıxış edən ABŞ-ın vitse-prezidenti Kamala Harris də Navalnının ölümünə görə Putini günahlandırıb.

“Bu, Putinin qəddarlığının bir daha sübutu olacaq,” o deyib. “Onlar hansı hekayni danışsalar da, gəlin açıq danışaq- Rusiya məsuliyyət daşıyır.”

Nümayəndələr Palatasının spikeri Mayk Conson cümə günü açıqlamasında bildirib ki, Putin “zalım diktatordur” və əgər Navalnının ölümü təsdiqlənsə, “bu hərəkət Putinin müxalif fikirlərdən qorxusu səbəbilə tənqidçiləri susdurmaq və opponentləri aradan qaldırmaq kimi qlobal hərəkət nümunəsinə uyğundur.”

O, Rusiyaya qarşı müqavimətə çağırıb, amma Ukraynaya hərbi yardımla bağlı heç nə deməyib.

Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Amerikanın Səsinin rus xidmətinə bildirib ki, Navalnının ölümü “dəhşətli faciədir və onun həbsi də dəhşətli faciə idi.”

Federal Penitensiar Xidmətin bəyanatında deyilir ki, 47 yaşlı Navalnı cümə günü gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Onu reabilitasiya etmək üçün təcili yardım gəlsə də, onu xilas etmək mümkün olmayıb.

Ekstremizmdə ittiham olunaraq, 19 illik həbs cəzası çəkən Navalnı dekabr ayında Rusiyanın mərkəzi hissəsindəki Vladimir vilayətindəki saxlandığı həbsxanasından “xüsusi rejimli” cəzaçəkmə müəssisəsinə - Rusiya həbsxanalarının ən yüksək təhlükəsizliyi ilə tanınan Şimal Dairəsinə köçürülüb.

ABŞ-ın Rusiya təcavüzünə qarşı mübarizə aparan Ukraynaya iri hərbi yardım paketi ABŞ Nümayəndələr Palatasında təsdiqini gözləyir.

Navalnın ölümü ilə bağlı açıqlamadan bir müddət sonra Navalnının qərargah rəisi Leonid Volkov və onun mətbuat katibi Kira Yarmış X sosial media platformasında onun öldüyünə dair təsdiqlərinin olmadığını yazıblar. Həmin postda Navalnının vəkilinin Xarpa yollandığı bildirilib və məlumat alan kimi məlumat verəcəkləri vəd olunub.

Psixiatr və insan hüquqları fəalı Konstantin Boykov Amerikanın Səsinin rus xidmətinə bildirib ki, Navalnı ölümündən öncə sağlam görünürdü.

“Qarşımızda ürək xəstəliyi olmayan arıq bir gənc var,”o deyib.

Navalnın ölümü ilə bağlı açıqlamadan bir müddət sonra Navalnının qərargah rəisi Leonid Volkov və onun mətbuat katibi Kira Yarmış X sosial media platformasında onun öldüyünə dair təsdiqlərinin olmadığını yazıblar. Həmin postda Navalnının vəkilinin Xarpa yollandığı bildirilib və məlumat alan kimi məlumat verəcəkləri vəd olunub.

Navalnının həyat yoldaşı Yuliya cümə günü Münhen Təhlükəsizlik Konfrasında deyib ki, Navalnının ölüm xəbəri doğrudursa, “Mən istəyirəm ki, Putin, onun bütün ətrafı, Putinin dostları, hökuməti bilsin ki, onlar ölkəmizə, ailəmə, ərimə qarşı etdiklərinə görə məsuliyyət daşıyacaqlar.”

O deyib ki, konfransda çıxışını ləğv etməyi düşünsə də, “daha sonra Aleksey mənim yerimdə olsa nə edər deyə düşündüm. Və əminəm ki, o burada olardı” deyib.

Onun müttəfiqləri Moskvadan təxminən 1900 kilometr şimal-şərqdə, Yamalo-Nenets bölgəsindəki Xarp şəhərində yerləşən koloniyaya köçürülməsini Navalnını susdurmağa məcbur etmək üçün növbəti cəhd kimi qiymətləndirmişdilər.

Navalnı 2021-ci ilin yanvar ayından, sinir maddəsi ilə zəhərlənmədən Almaniyada sağaldıqdan sonra Moskvaya qayıtdığı zaman hava limanında həbs olunmuşdu. O həbsindən əvvəl o, məmur korrupsiyasına qarşı kampaniya aparıb, Kremlə qarşı böyük etirazlar təşkil edib və dövlət vəzifəsinə namizəd olub.

O vaxtdan bəri Navalnıya üç ayrı cinayət işi açılıb. Siyasətçi bu ittahamların hamısının siyasi motivli olduğunu deyərək rədd edirdi.