Putinin sərt tənqidçisi Aleksey Navalnının öldüyü bildirilir

Kremlin və Rusiya prezidenti Vladimir Putinin sərt tənqidçisi 47 yaşlı Aleksey Navalnı fevralın 16-da həbsxanada vəfat edib. Bu barədə Rusiya Federal Penitensiar Xidməti məlumat yayıb.

Federal Penitensiar Xidmətin bəyanatında deyilir ki, Navalnı cümə günü gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib. Onu reabilitasiya etmək üçün təcili yardım gəlsə də, onu xilas etmək mümkün olmayıb.

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Navalnının ölümü ilə bağlı Putinə məlumat verilib və həbsxana xidməti standart prosedurlara müvafiq olaraq olaraq ölümü araşdırır.

Navalnının sözçüsü Kira Yarmış əvvəllər Twitter kimi tanınan X platformasında bildirib ki, siyasətçinin komandası indiyə qədər onun ölümünü təsdiqləməyib və vəkili onun saxlandığı şəhərə yola düşüb.

Ekstremizmdə ittiham olunaraq, 19 illik həbs cəzası çəkən Navalnı dekabr ayında Rusiyanın mərkəzi hissəsindəki Vladimir vilayətindəki saxlandığı həbsxanasından “xüsusi rejimli” cəzaçəkmə müəssisəsinə - Rusiya həbsxanalarının ən yüksək təhlükəsizliyi ilə tanınan Şimal Dairəsinə köçürülüb.

Onun müttəfiqləri Moskvadan təxminən 1900 kilometr şimal-şərqdə, Yamalo-Nenets bölgəsindəki Xarp şəhərində yerləşən koloniyaya köçürülməsini Navalnını susdurmağa məcbur etmək üçün növbəti cəhd kimi qiymətləndirir.

Navalnı 2021-ci ilin yanvar ayından, sinir maddəsi ilə zəhərlənmədən Almaniyada sağaldıqdan sonra Moskvaya qayıtdığı zaman hava limanında həbs olunmuşdu. O həbsindən əvvəl o, məmur korrupsiyasına qarşı kampaniya aparıb, Kremlə qarşı böyük etirazlar təşkil edib və dövlət vəzifəsinə namizəd olub.

O vaxtdan bəri Navalnıya üç ayrı cinayət işi açılıb. Siyasətçi bu ittahamların hamısının siyasi motivli olduğunu deyərək rədd edirdi.