Ərdəbildə aylardır maaş almayan işçilər piket keçirib

Ərdəbil valiliyinin önündə işçilərin mitinqi (mənbə: Abbas Lisani Telegram kanalı)

Ərdəbildə avtobus və mikroavtobus istehsalı sahəsində fəaliyyət göstərən Səbəlan Xodro Mayvan zavodunun işçiləri etiraz mitinqi keçirərək, gecikmiş maaşlarının verilmləsini və digər hüquqlarınn təmin edilməsini tələb ediblər.

İnsan haqları sahəsində fəaliyyət göstərən HRA agentliyi və Abbas Lisani Telegram kanalının yaydığı məlumata görə, şirkətin bir qrup işçisi şənbə günü Ərdəbil valiliyinin önündə toplaşıb.

İşçilərin 4 aydan artıqdır gecikmiş maaş və digər ödənişlərini tələb etdiyi bildirilir. Onlar həmçinin sığorta haqlarının ödənilməməsinə etiraz edir.

Səbəlan Xodro Mayvan müəssisəsinin Çin və Koreya şirkətləri ilə məhdud müqavilələr bağlayaraq maşın və cihaz idxal etdiyi bildirilir.

SEE ALSO: İran Azərbaycanında təqaüdçü və işçi mitinqləri davam edir

“Hər dönəm işə götürülən işçilər avtomobillərin yığılmasının bitməsi ilə işdən çıxarılır. Məhdud sayda işçi işinə davam edir, ancaq onların da maaşı tam ödənilmir və sığorta haqları kəsilir,” işçilərin biri deyib.