Keniya paytaxtında qaz partlayışı və yanğın nəticəsində azı 270 nəfər xəsarət alıb

Keniyanın paytaxtında cümə axşamı gecə saatlarında qazla yüklənmiş avtomobil partalayışı yaxınlıqdakı evlər və anbarlarda yanğına səbəb olub. Hadisə nəticəsində 270-dən çox adam yaralanıb. İlkin məlumatlara görə 3 nəfər həyatını itirsə də ölənlərin sayının artacağı gözlənilənilir.

Hökumət nümayəndəsi İsaak Mvaura bildirib ki, gecə saatlarında yanğın evlərinə yaxınlaşdığı zaman bir neçə sakinin hələ də içəridə olduğu güman edilir.

Mvaura bildirib ki, qeydiyyat nömrəsi naməlum olan və qazla yüklənmiş yük maşınının partlaması nəhəng alov yaradıb və yanğından kənara uçan qaz balonu Oriental Godown geyim və tekstil malları şirkətinin anbarını yandırıb.

Saat 23:30 radələrində başlayan yanğın Nayrobinin Embakasi məhəlləsinin Mradi hissəsində bir neçə digər avtomobil və müəssisələrə ziyan vurub.

Səhər açılandan sonra hadisə yerində bir neçə evin və mağazaların yandığı məlum olub. Partlayışı başlatdığı güman edilən avtomobildən yalnız bir neçə parçalar qalıb.

Partlayış yerindən təxminən 200 metr aralıda yerləşən dördmərtəbəli yaşayış binasının damını uçan qaz balonu dağıdıb. Yanan anbarda bir neçə yük maşınının qalıqlarından başqa heç nə qalmayıb.

Polis və Keniya Qırmızı Xaç Komitəsi üç nəfərin öldüyünü bildirib. Embakasi polis rəisi Uesli Kimetonun dediyinə görə, ölənlərin sayı daha çox ola bilər. Hökumət və Qırmızı Xaç Komitəsi müxtəlif xəsarətlər alan 271 nəfərin bir neçə xəstəxanaya aparıldığını bildirib.

Sənaye şirkətinin yaşayış məntəqələrinə yaxınlığında yerləşməsi şəhər planlarının icrası ilə bağlı suallar doğurub.