Prezidentliyə namizəd: Tıxac probleminin həlli üçün paytaxt Ağdama köçürülsün

Your browser doesn’t support HTML5

7 fevral 2024-cü il Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə iştirak üçün 7 namizəd qeydə alınıb. Onlar Yeni Azərbaycan Partiyasından İlham Əliyev, Böyük Quruluş Partiyasından Fazil Mustafa, Milli Cəbhə Partiyasından Razi Nurullayev, Böyük Azərbaycan Xalq Cəbhəsi Partiyası Qüdrət Həsənquliyev, Böyük Azərbaycan Partiyasından Elşad Musayev, öz təşəbbüsü ilə Zahid Oruc və Fuad Əliyevdir.

Aparıcı müxalifət partiyaları Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası seçkilərin şəffaf və obyektiv keçirilməyəcəyini hesab edərək seçkilləri boykot etdiklərini bildiriblər.

Seçki proseduruna müvafiq olaraq qeydə alınmış namizədlər İctimai Televiziyanın ödənişsiz efir vaxtından istfadə edərək seçicilərinə müraciət edirlər. Debatda İlham Əliyevi səlahiyyətli nümayəndələri Tahir Budaqov və Əli Əhmədov təmsil edir.

Your browser doesn’t support HTML5

Sorğu: Prezidentliyə namizədlərdən kimləri tanıyırsınız?

Amerikanın Səsi yanvarın 22-si namizədlərdən biri olan Fazil Mustafa seçicilərilə görüşərkən, ona suallarını ünvanlandırdı. Namizəd deyir ki, prezident seçildiyi təqdirdə təhsil sistemini kökündən dəyişmək, xüsusən də qızların təhsilə cəlb olunması üçün onlara təhsili tam pulsuz etmək, o cümlədən çoxuşaqlı ana terminini 5 uşağı olan anlardan, 3 uşağı olan analara endirməyi təklif edəcəyini deyir.

Fazil Mustafa həmçinin paytaxtdakı tıxacın da qarşını almaq üçün paytaxtın Ağdam şəhərinə köçürülməsini təklif edir.

Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi 2023-cü il 7 dekabrda elan olunub.