Birləşmiş Ştatların hərbi qüvvələri Yəməndə Husilərin nəzarəti altında olan obyektlərə yenidən raket zərbələri endirib. ABŞ-ın raket zərbələri Birləşmiş Ştatların Husiləri yenidən qlobal səviyyədə terrorçu qrup kimi təsnif etməsindən bir gün sonra endirilib. ABŞ və Britaniya qüvvələrinin keçən cümə günü Yəməndə 60 obyekti vurmasına baxmayaraq, Husilər ticari və hərbi gəmilərə təhdidlərini davam etdirirlər. Ekspertlər həmçinin İranın regionda artan təcavüzündən narahat olduqlarını bildirirlər.
ABŞ Husilərə yenidən raket zərbələri endirib
Your browser doesn’t support HTML5
ABŞ Husiləri yenidən qlobal terrorçu qrup kimi təsnif etdikdən bir gün sonra Yəməndə Husilərin nəzarəti altında olan obyektlərə yenidən raket zərbələri endirib. ABŞ və Britaniyanın keçən həftə Yəməndə 60 obyekti vurmasına baxmayaraq, Husilər ticari və hərbi gəmilərə təhdidlərini davam etdirirlər.