İlqar Məmmədov: Mikrosahibkarların vergi öhdəliyi 1 faizə endirilməlidir

İlqar Məmmədov

Respublikaçı Alternativ (REAL) Partiyası mikrosahibkalrın vergi öhdəliyinin 20 faizdən 1 faizə endirilməsini təklifi ilə çıxış edib.

REAL Partiyasının siyasi komitəsinin sədri İlqar Məmmədov teleqram kanalında bildirib ki, Azərbaycan mikrosahiblkar kimi qeydiyyatdan keçən 350 min vətəndaş var.

“Bu il parlament seçkisi ilində hökumət Sizin verginizi 5 faizdən 20 faizə qədər artırdı. Siz bunu səsverməyə gedərkən unutmamalısınız. Bu hökumətin siyasətinə qarşı çıxış edən REAL Partiyasinın rəhbəri olaraq əminliklə bildirirəm ki, bu verginin 1 faizdən yuxarı olmasının heç bir iqtisadi mənası yoxdur. Verginin 20 faizə qaldırılmasının Sizə və bütövlükdə iqtisadiyyata zərəri var. Bu vergini bu ilin aprelində ilk dəfə ödəyəndə parlament seçkisində REAL Partiyasına səs verəcəyinizi xatırlayın. Biz bu vergini 1 faizə endirəcəyik”, İlqar Məmmədov müraciətində qeyd ediib.

Xatırladaq ki, çoxsaylı tənqidlərə və ekspertlərin verginin artırılmasının əleyhinə çıxışlarına baxmayaraq Milli Məclis ötən ilin dekabrında mikrosahibkarların vergi yükünü 5 fazəıdn 20 faizə qaldırılması barədə qanuna dəyişiklikləri qəbul edib.