Ərdəbildən olan jurnalist Sina Bəndəlizadə yanvarın 14-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi ictimai fəalın həbsi ilə bağlı xəbər yayıb və yaxınlarına istinadən Sina Bəndəlizadənin ölkədə mövcud şəraitə etiraz olaraq reportajlar hazırladığı üçün çox güman bu səbəbdən həbs olunduğunu bildirib.
İnsan haqları təşkilatı AHRAZ da Bəndəlizadənin həbsinin səbəbi ilə bağlı jurnalistin həbsinin Ərdəbil şəhərindəki problemlər və vəzifəli şəxslərin bacarıqsızlığı ilə bağlı paylaşdığı xəbərlərdən dolayı baş verdiyini yazıb.
İctimai fəal və Ərdəbilli jurnalist Sina Bəndəlizadənin Instagram səhifəsi silinib.
Hələ ki onun həbsinin səbəbləri və harada saxlanıldığı barədə dəqiq və ətraflı məlumat yayılmayıb.
Sina Bəndəlizadə Instagram hesabında Heyran meşələrində yanğın, Xoy zəlzələsi, Germi şəhərində sel hadisəsi və Traktor futbol komandası matçları ilə bağlı reportajlar hazırlayıb sosial media platformalarında paylaşmışdı.