Jurnalist Şahin Rzayev sərbəst buraxılıb

Şahin Rzayev (Mənbə: Sosial şəbəkə)

Yanvarın 16-da Bakı Apellyasiya Məhkəməsi jurnalist Şahin Rzayevi sərbəst buraxıb. Ötən gün Daxili İşlər Nazirliyi bildirib ki, Şahin Rzayev xırda xuliqanlıq etməkdə təqsirləndirilərək məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilib.

Apellyasiya Məhkəməsi Şahin Rzayev barəsində inzibati həbs cəzasını 50 manat cərimə ilə əvəz edib.

Ailəsinin bildirdiyinə görə, Rzayev evlərinin yaxınlığındakı ərzaq mağazasına gedərkən saxlanılıb.

"Şahin Rzayev Facebook sosial şəbəkəsindəki statusuna görə saxlanıldığını bildirib", ailəsindən deyiblər.

Şahin Rzayev münaqişə jurnalistikası üzrə mütəxəssisdir. O, 10 il, 2016-cı ilədək Böyük Britaniyanın Sülh və Araşdırmalar İnstitutunun Azərbaycan üzrə direktoru olub. İnstitut Azərbaycanda fəaliyyətini dayandırdıqdan sonra Jam-News.net.az internet nəşri ilə əməkdaşlıq edib.

Rzayev son illərdə münaqişə jurnalistikası üzrə təlimçi kimi də fəaliyyət göstərir.