İranın İslam İnqilabı Qvardiyasının (Sepah) kəşfiyyat qurumu Ərdəbil vilayətində “pantürkist qrupun idarəçilərindən birini” həbs etdiyini irəli sürüb.
Sepaha yaxın olan yarı-rəsmi Fars agentliyi bu barədə İnqilab Qvradiyasının Ərdəbil vilayətindəki kəşfiyyat şöbəsinə istinadən məlumat yayıb.
“Ərdəbil vilayətində Sepahın kəşfiyyat şöbəsinin xəbərinə görə, İmam Zamanın adsız əsgərlərinin səyləri ilə xaricdəki bəzi bölücü şəxslər ilə irtibatda olan pantürkist qrupunun adminlərindən biri həbs edilib,” agentlik yanvarın 15-də bildirib.
“İmam Zamanın adsız əsgərləri” İranda rəsmilər və media tərəfindən təhlükəsizlik və kəşfiyyat qüvvələri üçün istifadə edilən bir ifadədir.
YCJ xəbər agentliyi sözügedən qrupunun adının “Turan” olduğunu yazıb.
SEE ALSO: Ərdəbildə bir nəfər kiber-polis tərəfindən həbs edilibAgentliklər tutulan şəxsin kimliyi və ya hansı ittihamlara görə tutulduğuna dair məlumat yaymayıblar.
Hüquq müdafiə qurumu Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında “pantürkizm” ittihamını “anlaşılmaz” bir ittiham kimi dəyərləndirib.