Vəkil Zaur Məmmədov intihar edib. Hadisənin yanvarın 1-də axşam saat 19.00 radələrində Bakının Ceyhun Hacıbəyli küçəsində, Vəkillər Kollegiyasının binası qarşısında baş verdiyi bildirilir.
Salyan rayon Vəkil Bürosunun üzvü olan Zaur Məmmədov üzərinə benzin tökərək, özünü yandırıb. Məlumatda deyilir ki, o, aldığı yanıq xəsarətlərindən ölüb.
Hazırda polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerindədir.
Zaur Məmmədovun 5 ildir vəkil fəaliyyətilə məşğul olduğu bildirilir.