Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiyədə siyasi fəallar Əta Kərimi və Əli Əzizi məhkəməyə çağırılıblar.
Güney Azərbaycan Televiziyası (Günaz TV) və siyasi məhbuslar ilə bağlı məlumat yayan Abbas Lisani Telegram kanalının xəbərinə görə, Urmiyə İnqilab Məhkəməsi tərəfindən göndərilən elektron çağırış vərəqəsində iki fəaldan fevral ayında məhkəməyə müraciət etmələri tələb olunub.
“İran İslam Respublikası nizamına qarşı təbilğat fəaliyyəti” göstərməkdə ittiham edilən fəalların işinə İnqilab Məhkəməsinin 3-cü şöbəsi baxır.
Hər iki fəal keçmiş illərdə də göstərdikləri siyasi və mədəni fəaliyyətlərdən dolayı mühakimə, həbs və digər təzyiqlərə məruz qalıblar.
Amerikanın Səsinin bölgədəki siyasi fəallardan əldə etdiyi məlumata görə, Əta Kərimi və Əli Əzizi təqribən 7 il öncə təqibi dayandırılan bir məhkəmə işi ilə əlaqədar çağırılıblar. Prokurorun etirazı ilə işin yenidən açıldığı bildirilib.
Son aylarda İran Azərbaycanında bir çox türk fəal uzun müddət kəşfiyyat qurumunun təcridxalanalarında sorğu-sual edilib. Keçmişdə mühakimə olunan çox sayda fəal haqqında isə hökm oxunub.
SEE ALSO: Sina Mirzayi: Tehranın Azərbaycan Milli Hərəkatına qarşı təzyiqləri strateji planlar üzərində qurulubAmerikanın Səsinə müsahibədə İran Azərbaycanında siyasi və mədəni fəallara qarşı həbs və basqıların artdığını dəyərləndirən politoloq Sina Mirzayi deyib ki, “İslam Respublikasının öz varlığına təhdid olaraq gördüyü Azərbaycan Milli Hərəkatına qarşı tətbiq etdiyi basqılar uzunmüddətli plan və proqramlar üzərində qurulub.”