Dekabrın 28-də ABŞ-nin Bakıdakı Səfirliyinin Dəniz Mühafizəsi Dəstəsi tərəfindən “Təmiz Dünya” Qadınlara Dəstək İctimai Birliyinin Qadın və Uşaq Sığınacağına və Bakıdakı Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzinə Yeni il üçün yeni oyuncaqlar və kitablar toplusu təhvil verilib.
ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatına görə, oyuncaqlar və kitablar ABŞ səfirliyinin işçiləri və onların ailə üzvləri tərəfindən hədiyyə edilib.
Xatıraladaq ki, ABŞ Dəniz Piyadaları Korpusu xidmət etdikləri yerdə icmalara xidmət göstərmək ənənəsinə malikdir.