ABŞ qüvvələri İsrail-HƏMAS müharibəsi başlayandan bəri Yaxın Şərqdə hücumlara məruz qalır

Your browser doesn’t support HTML5

İsrail və HƏMAS arasında oktyabrın 7-də müharibənin başlamasından sonra İranın dəstəklədiyi qruplar Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlarını artırıb. Təhlilçilər ABŞ-ın İranın dəstəklədiyi qrupların bu hücumlara görə cavabdeh olması üçün daha çox səy göstərməli olduğunu deyir.

İsrail və HƏMAS arasında oktyabrın 7-də müharibənin başlamasından sonra İranın dəstəklədiyi qruplar Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlarını artırıb. Yəməndə İranın dəstəklədiyi Husilər bir neçə hərbi və ticarət gəmisinə ballistik raketlər və dronlarla hücum edib. ABŞ regionda Amerika qüvvələrinə dron və raket hücumlarını dayandırmaq üçün İrana qarşı çəkindirmə səylərinin effektiv olduğunu bildirir. Lakin təhlilçilər Birləşmiş Ştatların İranın dəstəklədiyi qrupların bu hücumlara görə məsuliyyət daşıması üçün daha çox səy göstərməli olduğunu deyir. Amerikanın səsinin Pentaqon müxrbiri Karla Bab daha ətraflı məlumat verir.