Təhlükəsizlik qüvvələri milli fəal Siyamək Kuşinin evində reyd keçirib

Siyamək Kuşi

Təhlükəsizlik qüvvələri dekabrın 27-də səhər saatlarında milli fəal Siyamək Kuşinin evində reyd keçirib.

Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, reyd zamanı Təbriz sakini Siyamək Kuşievdə olmayıb.

Təhlükəsizlik qüvvələrinin güneyli milli fəalı həbs etmək məqsədilə evinə daxil olduğu bilidirilib. Lakin evdə olmadığı üçün buna nail olmayıblar.

Kəşfiyyaf İdarəsinin məmurları Siyamək Kuşinin ittihamları və həbsinin səbəbi ilə bağlı ailəsinə heç bir məlumat verməyiblər.

Bu fəalın evinə təhlükəsizlik qüvvələrinin və polisin səhər tez saatlarında daxil olması onun ailə üzvləri arasında qorxu və narahatlığa səbəb olub.

Siamək Kuşi son zamanlar Urmiyə gölünün quruması və Araz çayının çirklənməsi ilə bağlı müxtəlif sosial media platformalarında fəallıq göstərib və yazılar dərc edib.

Urmiya gölü İran Azərbaycanında yerləşən və vaxtilə İranın ən böyük duzlu gölü olub. Son illər gölün suyunun səviyyəsinin kəskin şəkildə azalması və ekoloji problemlər səbəbindən yerli əhali və ətraf mühit fəalları arasında böyük narahatlıq var.

Siyamək Kuşi daha öncə Təbrizdə İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan ordusuna dəstək aksiyaları zamanı və həmçinin İranın cənub-qərbində ərəb icmasının etirazlarına dəstək aksiyalarında həbs edilib.