Son günlər təhlükəsizlik qüvvələri Təbriz və Ərdəbildəki milli fəallara naməlum telefon nömrələri ilə zəng edərək onları kəşfiyyat idarəsinə çağırıb.
Bölgədəki hüquq müdafiəçilərinin sosial mediada yaydığı məlumata görə, Nasir Xulusi, Vəhid Əbhəri, Şahin Bərzigər, Əmir Səttari və Behzad Dəşti son günlər təhlükəsizlik qüvvələri tərəfindən çağırılıb.
Dekabrın 23-də Təbrizdə Nasir Xulusi, Vəhid Əbhəri, Şahin Bərzigər və Əmir Səttari, bu gün dekabrın 24-də isə Ərdəbildə Behzad Dəşti bu şəhərin təhlükəsizlik qüvvələri tərəfindən həmin şəhərin kəşfiyyat idarəsinə çağırılıb.
İran Azərbaycanında təhlükəsizlik qüvvələri tərəfindən çağırılan fəalların sayının artması güman edilir.
İndiyədək çağırılan fəallar təhlükəsizlik qüvvələrinin telefon çağırışını qəbul etməyib və kəşfiyyat idarəsinin məmurlarının bu hərəkətini qanunsuz hesab edərək, idarənin təcridxanasına getməkdən imtina ediblər.