Bir neçə ildir İranda soyuq mövsümlərin başlaması ilə birlikdə yanacaq çatışmazlığı və havanın çirkliliyi ilə bağlı şikayətlər İslam Respublikasının qarşı-qarşıya olduğu enerji problemini daha da açıq şəkildə üzə çıxarır.
Enerji eksperti Umud Şükri Amerikanın Səsinə söhbətində “enerji böhranının İslam Respublikası üçün milli təhlükəsizlik məsələsinə çevirildiyini” vurğulayıb.
Şükrinin sözlərinə görə, “İran neçə ildir ki, qış aylarında təbii qaz sektorunda böhran yaşayır. İlk dəfə olaraq 2011 ilində Əhmədinejad dönəmində İran bunu yaşadı və məcbur oldu Türkmənistandan qaz idxal edərək problemi müvəqqəti olaraq çözməyə çalışsın və çözə bildi də. Ancaq, keçən illərdən bəri payız aylardan başlayaraq xüsusən qışda bu enerji böhranı zirvəyə çıxır. Keçən il yanvar ayında İranda enerji böhranının milli təhlükəsizlik məsələsinə çevirildiyini gördük.”
Your browser doesn’t support HTML5
O, İbrahim Rəisi hökümətinin enerji böhranını Rusiyanın yardımı ilə çözməyi ümid etdiyini, ancaq Rusiya ilə iş birliyinin də fayda vermədiyini önə çəkib:
“Rəisi hökümətinin çox ümidi var idi ki, Rusiyadan pul gələcək və İran enerji böhranını Rusiyanın sərmayəsi və teknologiyası ilə çözəcək. Amma, bir il yarıma yaxın keçdi və Rusiya ilə olan ön anlaşma icra mərhələsinə keçmədi.”
SEE ALSO: Təbriz və Üsküdə məktəblər havanın çirklənməsi səbəbilə üç gündür bağlıdırŞükri rəsmi qurumların açıqladığı məlumatları önə çəkərək gələcək illərdə İranda təbii qaz istehlakının kəskin artacağını və ortaya qoyulan çözüm yollarının heç birinin qısamüddətdə nəticə verməyəcəyini vurğulayıb.
“Açıqlamalar göstərir ki, təbii qaz məsrəfi ciddi şəkildə artacaq, amma istehsal onunla bərabər inkişaf edə bilməyəcək. Bu da İranın yaxın gələcəkdə həm qış ayları, həm də yay aylarında təbii qazı başqa ölkələrdən almaq məcburiyyətində qalacağı anlamına gəlir,” ekspert söyləyib.
Soyuqların düşməsi ilə birlikdə Təbriz, Urmiyə və Ərdəbil kimi şəhərlər daxil olmaqla İranın bir çox şəhərində hava çirkliliyi ilə bağlı rəsmilər sıx-sıx xəbərdarlıq edirlər.
Umud Şükrinin sözlərinə görə, “Ərdəbil və Urmiyə kimi sənayeləşməmiş şəhərlərdə hava kirliliyinin əsas səbəbi benzindir. Benzində də istehsal az və istehlak çoxdur. İranda istehsal edilən benzin standartlara uyğun deyil və ona görə də maşınlarda istifadə edildiyi zaman havanı çox kirlədir. Təbrizdə bundan əlavə bir də elektrik stansiyalarında keçən illərdən bəri qaz yerinə mazut yandırılmasıdır.”