Güneyli fəal Salar Tahir Əfşar həbs edilib

Güneyli fəal Salar Tahir Əfşar

Urmiyə sakini olan milli fəal Salar Tahir Əfşar bu gün dekabrın 19-da günorta saatlarında İranın kiberpolis qüvvələri tərəfindən həbs edilib.

Milli fəalın yaxınları bildiriblər ki, Salar Tahir Əfşar 8 kiber-polis qüvvələri tərəfindən həbs olunduqdan sonra dindirilmək üçün Təbriz Kəşfiyyat İdarəsinə aparılıb.

Hüquq müdafiəçisi Sina Yusifi X hesabında bildirib ki, "təhlükəsizlik qüvvələri məhkəmə orderi təqdim etmədən atasının evində kilidi sındıraraq daxil olub və evdə reyd keçirib və onu qanunsuz olaraq saxlayıblar."

Həbs zamanı kiber-polis qüvvələri bu milli fəalın ailəsini onun həbs xəbərini paylaşmamaq üçün hədələyiblər.

Onun həbsinin səbəbləri və ona qarşı irəli sürülən ittihamlar barədə hələ ki, məlumat yayılmayıb.

Milli fəal Salar Tahir Əfşar İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək nümayişləri ilə əlaqədar həbs edilib və mühakimə olunaraq ilkin məhkəmədə 4 il həbs, daha sonra Apellyasiya Məhkəməsndə 1 il azadlıqdan məhrum edilmişdi.