Dekabrın 13-də Bakı Apellyasiya Məhkəməsində hüquq müdafiəçisi İlhamiz Quliyevin şikayətinə baxılıb.
Yasamal Rayon Məhkəməsi dekabrın 6-da hüquq müdafiəçisi barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçib, apellyasiya şikayəti də bu qərardan verilib.
Həmin qərardan şikayət verən İlham Quliyevin vəkili Zibeydə Sadıqova bildirib ki, hüquq müdafiəçisi özü də məhkəmədə iştirak edib:
"Bildirdi ki, bu cinayət əməlində onun heç bir rolu yoxdur, ümumiyyətlə, narkotik satmır, narkotik onun cibinə sonradan qoyulub. Çox təəssüf ki, məhkəmə bizim şikayətimizi təmin etmədi".
İlhamiz Quliyev dekabrın 4-də saxlanılıb və Cinayət Məcəlləsinin 234.4.3-cü (Kütləvi şəkildə narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunur. Yaxınlarının sözlərinə görə o, saxlanılarkən zorakılığa məruz qalıb.
Hüquq müdafiəçilərinin fikrincə, həbsin səbəbi Quliyevin "Abzas Media"ya verdiyi müsahibədir. O, siyasi fəalları təqib etmək üçün polisin "sənədləşdirilməmiş narkotik maddələrdən" istifadə etməsindən danışıb.