ABŞ Ali Məhkəməsi Çərşənbə günü Birləşmiş Ştatlarda abort üçün ən çox yayılmış dərmanla bağlı mübahisəyə baxmağa razıllıq verib.
Hakimlər Bayden administrasiyasının və Mifepriston dərman istehsalçısının yüksək məhkəmədən dərmanın poçt vasitəsilə sifarişinin kəsilməsi və hətta abortun qanuni olaraq qaldığı ştatlarda da digər məhdudiyyətlər qoyacaq apellyasiya qərarını ləğv etməyi xahiş edən müraciətlərə baxacaq.
Məhdudiyyətlərə Mifepristonun hamiləlikdə istifadə oluna biləcəyi vaxtın hazırkı 10 həftədən yeddi həftəyə qədər qısaldılması daxildir.
Doqquz hakim 2000-ci ildə Ərzaq və Dərman Administrasiyasının mifepristonun təhlükəsiz və təsirli olduğu ilkin təsdiqinə etiraz edən abort əleyhdarlarından ayrı bir müraciəti qəbul etməyib. İddia yazda müzakirə ediləcək, qərarın iyunun sonlarında, 2024-cü il prezidentlik və Konqres kampaniyalarının ortalarında veriləcəyi gözlənilir.
Nyu-Yorkda yerləşən Danco Laboratories tərəfindən istehsal edilən Mifepriston dərmanı abortlarında istifadə edilən iki dərmandan biridir və ABŞ-da bütün abortların yarısından çoxunuda istifadə edilir.
2000-ci ildən bu yana bu preparatdan 5 milyondan çox insan istifadə edib.
Ali Məhkəmə 2022-ci ilin iyununda abort üçün konstitusiya hüququnu ləğv edib. Bu qərar bəzi istisnalar olmaqla, 14 ştatda hamiləliyin bütün mərhələlərində aborta qadağa qoyulmasına gətirib çıxarıb.
Abort əleyhdarları növbəti noyabr ayında Mifepristona etiraz edib və əvvəlcə altı ay sonra dərmanın təsdiqini tamamilə ləğv edən hökm əldə edib.
Apellyasiya məhkəməsi FDA-nın Mifepristonun ilkin təsdiqini dəyişməyib. Lakin bu, 2016 və 2021-ci illərdə tənzimləyicilərin etdiyi dəyişiklikləri geri qaytaracaq və bu, dərmanın tətbiqi üçün bəzi şərtləri asanlaşdıracaq.