Milli fəal Hadi Quluzadə Təbriz şəhər polisinin təhlükəsizlik qurumunun təcridxanasında bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb.
Təbrizdə yaşayan milli fəal Hadi Quluzadə mədəniyyət xadimi mərhum Əli Cəngcu Xaletabadinin həmin şəhərin Vadi-Rəhmət məzarlığında keçirilən dəfn mərasimi zamanı polis qüvvələri tərəfindən həbs edilib və polisin təhlükəsizlik qüvvələrinin təcridxanasında bir neçə saatlıq sorğu-sualdan sonra sərbəst buraxılıb.
Dekabrın 7-də o, bu şəhərin Saib küçəsində yerləşən Təbriz Təhlükəsizlik Polisinin təcridxanasında bir neçə saat dindirilib və telefonu müsadirə edildikdən sonra sərbəst buraxılıb.
Hələ ki, ona qarşı irəli sürülən ittihamların təfərrüatları məlum deyil.
Milli fəal Hadi Quluzadə daha öncə avqustun 25-də ictimaiyyətin diqqətini Urmiyə gölünün fəlakətli vəziyyətinə cəlb etmək məqsədilə Təbrizdən Urmiyəyə simvolik etiraz yürüşünə başlamışdı. O, bel çantasının üzərində "Özümüz üçün, Gölümüz Üçün" və ingilis dilində "Urmiyə gölünü qoru" yazılı plakat daşımışdı.
Quluzadənin Urmiyə gölü ilə bağlı ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə etdiyi hərəkət təhlükəsizlik qüvvələrinin təzyiq və təhdidləri ilə nəticələnmişdi.