ABŞ qanunvericiləri Dövlət Departamentini jurnalisti "səhvən həbs edilmiş" kimi təyin etməyə çağırır

ABŞ-ın səkkiz qanunvericisi Dövlət Departamentini rus’silli amerikalı jurnalist Alsu Kurmaşevanı “haqs;z həbs edilmiş” kimi tanımağa çağırıb.

Demokratlardan Eleanor Holmes Norton və Adam Şiffin başçılıq etdiyi qanunvericilər Dövlət katibi Antoni Blinkenə göndərdikləri məktubda oktyabrın 18-dən Rusiyada həbsdə olan Kurmaşeva ilə bağlı yeniliklər tələb ediblər.

Azad Avropa/Azadlıq Radiosunun və ya AzadlıqRadiosunun tatar-başqırd xidmətinin Praqada yaşayan redaktoru Rusiyada ailəsi ilə bağlı fövqəladə vəziyyətlə məşğul olarkən saxlanılıb.
Rusiya hakimiyyəti Kurmaşevanı xarici agent kimi qeydiyyatdan keçməməkdə ittiham, o isə bunu rədd edir.

Cümə günü məhkəmə onu fevral ayına qədər həbsdə saxlamağa qərar verib. Təqsirli bilinərsə, Kurmaşeva 5 ilə qədər həbs oluna bilər.
ABŞ qanunvericiləri Dövlət Departamentinin konsulluğa girişi təmin etmək səyləri haqqında məlumat istəyib. Rusiya indiyədək bu kimi tələbləri rədd edib. Onlar Dövlət Departamentini rusiyalı jurnalisti “səhv olaraq həbs edilmiş” kimi göstərməyə çağırıb.

“Məlum olan faktlara əsaslanaraq, ABŞ hökumətinin tam şəkildə iştirakını və Kurmaşeva və ailəsini dəstəkləmək üçün bütün müvafiq resursların təmin edilməsi üçün rəsmi təyinatın təmin olunduğuna və vacib olaraq qalacağına inanırıq, çünki onu geri qaytarmaq üçün səylər davam edir”, məktubda deyilir.

Jurnalistlərin Müdafiəsi və Sərhədsiz Reportyorlar Komitəsi (CPJ) də həbsi pisləyib.

“CPJ ABŞ-Rusiya jurnalisti Alsu Kurmaşevanın həbsindən dərin narahatdır və Rusiya hakimiyyətini onu dərhal azad etməyə və ona qarşı bütün ittihamları ləğv etməyə çağırır”, CPJ-də Rusiyanı işıqlandıran Gülnoza Səid açıqlamasında bildirib.

“Jurnalistika cinayət deyil və Kurmaşevanın saxlanması Rusiyanın müstəqil reportajları boğmaq əzmində olduğuna bir daha sübutdur”, Səid əlavə edib.

Sərhədsiz Reportyorların ABŞ bürosunun rəhbəri Kleyton Veymers Amerikanın Səsinə açıqlamasında "Alsu Kurmaşeva artıq bir ildən az müddətdə Rusiyanın beynəlxalq şantaj kampaniyasının qurbanına çevrilmiş ikinci amerikalı jurnalistdir" deyib.

Dövlət Departamenti Wall Street Journal-ın həbsdə olan müxbiri Evan Qerşkoviçi amerikalının Rusiyada həbsindən sonra iki həftə ərzində qanunsuz olaraq həbs edilmiş kimi təyin edib. Rusiya hakimiyyəti Gerşkoviçi casusluqda ittiham edir, özü və media orqanı bunu təkzib edir.

Dövlət Departamentinin sözçüsü Metyu Miller bazar ertəsi deyib ki, Birləşmiş Ştatların kimisə haqsız yerə həbs edilmiş kimi təyin etməsi çağırışları “burada çox ciddi qəbul etdiyimiz məsələdir” və əlavə edib ki, hökumət qanunvericilik tələblərinə və digər mövcud məlumatlara baxmalıdır.

Wall Street Journal-ın jurnalisti Pol Bekket həmkarları Gerşkoviç və Kurmaşevanın işində oxşarlıqlar görür. Qerşkoviçin azadlığa buraxılması üçün qəzetin kampaniyasına rəhbərlik edən Bekket "mənə görə, onların hər ikisi ruslar tərəfindən ABŞ-a təsir rıçaqları üçün ələ keçirilmiş jurnalistlərdir" deyib.