ABŞ-ın yeni səfirinin Bakıya gələcəyi bildirilir

Mark Libbi

ABŞ-ın Azərbaycanda yeni səfiri Mark Libbi dekabın 2-də axşam saatlarında Bakıya gələcək.

Bu barədə Turan agentliyi məlumat yayıb.

ABŞ-ın yeni səfirinin ölkəyə gəlişi iki ölkə arasında münasibətlərin pisləşməsi ilə eyni vaxta təsadüf edib.

Noyabrın 15-də ABŞ Konqresində dinləmələrdə dövlət katibinin köməkçisi O'Brayen bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlanana qədər Vaşinqton Bakı ilə əlaqələri dayandırır. Buna cavab olaraq Bakı ABŞ-ı USAİD və digər donor təşkilatları vasitəsilə Azərbaycan əleyhinə fəaliyyət göstərməkdə ittiham edib.

Bakı hətta ABŞ səfirliyinin hər il keçirdiyi ənənəvi tədbiri - Amerika ali məktəblərinin azərbaycanlı məzunlarının görüşünü "Amerika casuslarının" təlim tədbiri adlandırıb.