Cənubi Afrikanın ən böyük müxalifət partiyası və yəhudilərin əsas nümayəndə orqanı parlamentin İsraillə diplomatik əlaqələri kəsmək qərarını pisləyib.
Deputatların əksəriyyəti İsrailin Qəzzadakı hərəkətlərinə görə Pretoriyadakı İsrail səfirliyinin bağlanması təklifinə səs verib. Çərşənbə axşamı Cənubi Afrika parlamentində qızğın iclas zamanı fələstinlilərlə uzun müddət həmrəylik tarixi olan hakim Afrika Milli Konqresinin bütün üzvləri İsraillə əlaqələrin kəsilməsinin lehinə səs veriblər.
İlkin olaraq radikal müxalifət partiyası İqtisadi Azadlıq Mübarizəçiləri tərəfindən irəli sürülən hərəkat qəbul edildikdən sonra bir çoxları Fələstin şarfları taxıb və mahnı oxoyub.
Səsvermə məcburi olmayıbl, lakin indi bu təklifə uyğun hərəkət edib-etməmək qərarı hökumətin üzərinə düşür. Prezident Kiril Ramafosanın sözçüsü Vinsent Maqvenya bəyanatı oxuyub.
“Prezident parlamentin İsraillə diplomatik münasibətlərimizə, xüsusən də İsrailin Cənubi Afrikadakı səfirliyinin statusuna dair tövsiyələrini təqdir edir. Prezident və Nazirlər Kabineti bu işlə məşğuldur, buna görə də Milli İcra Hakimiyyəti cavabdehdir””, Maqvenya bildirib.
Seçki günü Ramafosa Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu BRİKS qrupunun liderlərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı virtual görüşünə sədrlik edib.
İsrailin hərbi əməliyyatları 11 min insanın ölümünə səbəb olub.
BRİKS toplantısında Çin prezidenti Si Cinpin İsrailin hərəkətlərini qəzzalıların "kollektiv cəzası" adlandırıbə.
Ramafosa daha da irəli gedib: "Qəzzalılara dərman, yanacaq, yemək və su verilməsini qəsdən inkar etmək soyqırım deməkdir", Ramafosa bildirib.
Cənubi Afrikanın əsas müxalifəti olan Demokratik Alyans bu təklifin əleyhinə səs verib.