İraq və Suriyada ABŞ qüvvələrinə qarşı 60-a yaxın hücum həyata keçirilib

Çərşənbə axşamı Suriyanın şərqində Fərat Missiyasına Dəstək Sahəsinin yarım kilometrliyində çoxlu raket hücumu ilə İranın dəstəklədiyi militantların hücumları səngimir. Bazar günü hərbçilər Suriyada İranın dəstəklədiyi silahlı qruplaşmaların istifadə etdiyi iki obyektə zərbələr endirib.

Müdafiə rəsmiləri Amerikanın Səsinə bildirib ki, İranın dəstəklədiyi militantlar bir aydan az müddətdə İraq və Suriyada ABŞ əsgərlərinə ən azı 56 dəfə hücum edib və bazar günü zərbələrdən sonra ən azı beş hücum baş verib.

Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib: “Biz bu müharibənin daha geniş regional münaqişəyə çevrildiyini deyə bilmərik. Bizim vurduğumuz zərbələr İrana və onlara bağlı qruplara dayandırmaq üçün çox güclü bir siqnal və mesajdır. Bu hücumların məqsədi budur”.

Sinq İrana bağlı qrupların Amerika əsgərlərinə hücumlarını davam etdirdiyini etiraf edib, lakin ABŞ-ın strategiyasının işə yaradığını bildirib.

Rəsmilər bildiriblər ki, 50-dən çox amerikalı hücumlar zamanı yüngül xəsarətlər və ya beyin travması alıb.

İki partiyalı senatorlar qrupu çərşənbə axşamı jurnalistlərə bildirib ki, ABŞ-ın hücumlarda heç bir amerikalının ölməməsi lə bəxti gətirib və İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qarşı daha güclü cavab verməyə çağırıb.

“Əgər İran Suriya və İraqdakı qoşunlarımızı təhdid etməkdə davam etsə, mənim fikrimcə, lazımi hərbi cavab İran daxilində SEPAH-ın təlim bazalarını və infrastrukturunu hədəf almaq olacaq” - deyə, senator Lindsi Qraham bildirib.

ABŞ-ın Yaxın Şərqdəki qüvvələrinin keçmiş komandanı, istefada olan general Frank Makkenzi Amerikanın Səsinə bildirib ki, Amerikanın bölgədəki qüvvələrini azaltmaqla göndərdiyi mesaj İranı cəsarətləndirib.

“Onların əsas məqsədi ABŞ-ın regiondan çıxarılmasıdır. Məhz bu səbəbdən hücumların sayı artıb” - deyə, o bildirib.

İki müdafiə rəsmisi Amerikanın Səsinə keçən ay Ərbil Hərbi Hava Bazasında pilotsuz təyyarənin ABŞ əsgərlərinin olduğu kazarmaya dəydiyini təsdiqləyib. O, partlaya bilməyib, lakin rəsmilərdən biri dron partlasaydı, bir neçə əsgərin yaralana və ya ölə biləcəyini deyib.