Noyabrın 14-də ABŞ-ın paytaxtı Vaşinqtonda on minlərlə nümayişçinin iştirakı ilə İsrailə dəstək yürüşünün keçiriləcəyi gözlənilir. Təşkilatçıların bildirdiyinə görə, yürüşün məqsədi ABŞ-da nifrət zəminli hadisələrin artdığı dövrdə antisemitizmin qınanılmasıdır.
Artıq səhər saatlarından paytaxa yürüşdə iştirak etmək üçün müxtəlif şəhərlədən nümayişçilər gəlib. Amerikanın Səsinin əməkdaşı Ağ Ev qarşısında Nyu-York və Nyu-Cersi şəhərlərində gələn nümayişçilərlə rastlaşıb.
Bundan öncə, noyabrın 5-də Vaşinqtonda “Fələstinlilərə Azadlıq” şüarı ilə yürüş keçirilmişdi. Təşkilatçıların bildirdiyinə görə, həmin yürüşdə 25-30 min insan iştirak edib.
Oktyabrın 7-də HƏMAS militantlarının Qəzza ərazisi yaxınlığındakı İsrail icmalarına hücumu nəticəsində 1200-dən çox israillinin həlak olması və 240-dən çoxunun girov götürməsindən sonra İsrail ordusu Qəzza zolağında hava hücumları həyata keçirir. Bu hücumların nəticəsində əksəriyyəti qadın və uşaq olmalar 11,000 fələstinlinin həlak olduğu bildirilir.