Azərbaycan Milli Məclisinin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov noyabrın 12-dən 17-dək Vaşinqton şəhərində səfərdə olacaq.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, səfər çərçivəsində millət vəkili Yəhudi Parlamentarilərin Beynəlxalq Şurasının forumunda iştirak edəcək. Forumda parlamentarilər arasında dialoq və əməkdaşlıq, demokratiya prinsiplərinin, insan haqlarının dəstəklənməsi və digər məsələlər müzakirə olunacaq.
Səfər HƏMAS-İsrail münaqişəsi zamanına təsadüf edir.
Anatoliy Rafailov yəhudilərin kompakt yaşadığı Qırmızı qəsəbəsinin yerləşdiyi 53 saylı Quba-Qusar seçki dairəsindən deputat seçilib.