"Girovların ailələri Netanyahu hökumətinə onları azad etmək üçün təziyqləri artırır"

Your browser doesn’t support HTML5

İsrail qüvvələri HƏMAS-ın oktyabrın 7-də 1400 nəfərin ölümülə nəticələnən hücumundan sonra Qəzzada quruda hərbi əməliyyatları genişləndirir. Amerikanın Səsinin hazırda İsraildə olan müxbiri Nataşa Mozqovaya İsrail-HƏMAS müharibəsi, bölgədə humanitar vəziyyət və girovlarla bağlı məlumat verir.

İsrailin HƏMAS-a qarşı müharibənin uzun sürəcəyi ilə bağlı xəbərdalığı fonunda Qəzzada humanitar vəziyyət böhranlı səviyyədə qalır. İsrail hərbi qüvvələri HƏMAS liderinin hədəf alındığı zaman Qəzzada Cəbəliyə qaçqın düşərgəsi yaxınlığında zərbə endirildiyini etiraf edib. İsrailin zərbələri dəhşətli dağıntılar və onlarla insanın ölümülə nəticələnib. BMT-nin insan hüquqları ofisi bildiri ki, İsrailin hava zərbələri nəticəsində Cəbəliyə qaçqın düşrəgəsində dağıntılar və tələfatların miqyası bunun müharibə cinayətləri hesab edilməsi ilə bağlı narahatlıqları artırır. İsrailin baş naziri Benyamin Netanyahu dünya ölkələrindən atəşkəs çağırışları edildiyi vaxt Qəzzada HƏMAS-a qarşı müharibədə üçüncü fazanın başladığını elan edib. İsrail müdafiə qüvvələri HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı 1400 nəfərin ölümülə nəticələnmiş qəfil hücumundan sonra Qəzzada hava hücumları kampaniyasını başlayıb və hazırda quruda hərbi əməliyyatları genişləndirir. Amerikanın Səsinin hazırda İsraildə olan müxbiri Nataşa Mozqovaya İsrail və Həmas arasında müharibə, regionda humanitar vəziyyət və girovların durumu ilə bağlı məlumat verir.