Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada HƏMAS-a qarşı hücumlarını kəskin qınayıb və HƏMAS-a dəstəyini bildirərək, qrupu azadlıq uğrunda mübarizə aparan hərəkat adlandırıb. Ankaranın HƏMAS-a dəstəyi Türkiyə və İsrail arasında münasibətlərin normallaşması səyləri qarşısında əsas maneələrdən biridir. Təhlilçilər prezident Ərdoğanın İsrail- HƏMAS münaqişəsi ilə bağlı mövqeyinin Türkiyənin Qərblə, xüsusilə də Birləşmiş Ştatlarla münasibətlərinə mənfi təsir göstərə biləcəyini qeyd edirlər. Vaşinqtonda Brukinqs İnstitutunun təhlilçisi Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə Türkiyənin Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyi, Türkiyə-İsrail münasibətlərinin perspektivləri və Ankaranın regionda ambisiyaları haqda danışıb.
Aslı Aydıntaşbaş: HƏMAS-la bağlı mövqeyi Türkiyəni həm region ölkələri, həm də Qərb müttəfiqlərindən fərqləndirir
Your browser doesn’t support HTML5
Vaşinqtonda Brukinqs İnstitutunun təhlilçisi Aslı Aydıntaşbaş Amerikanın Səsinə müsahibədə Türkiyənin Yaxın Şərq münaqişəsi ilə bağlı mövqeyi, Türkiyə-İsrail münasibətlərinin perspektivləri və Ankaranın regionda ambisiyaları haqda danışıb.