BMT agentlikləri, xeyriyyə təşkilatları Qəzzada humanitar atəşkəsə çağırır

BMT agentlikləri və beynəlxalq xeyriyyə təşkilatları Qəzzada təcili humanitar atəşkəsə çağıran nadir birgə bəyanat yayıb.

Bəyanatda deyilir: “Təxminən bir aya yaxındır ki, dünya İsrail və İşğal olunmuş Fələstin ərazilərində baş verən vəziyyəti şok və dəhşət içində izləyir. On minlərlə insan evindən didərgin düşüb. Bu, dəhşətdir”, bəyanatda deyilir.

Qruplar İsraildə ən azı 1400 nəfərin öldürüldüyünü, 200-dən çox insanın girov götürüldüyünü qeyd edib.

"Qəzzada daha çox dinc sakinin dəhşətli şəkildə öldürülməsi 2,2 milyon fələstinlinin qida, su, dərman, elektrik və yanacaqdan məhrum edilməsi dəhşət doğurur", bəyanatda deyilir.

Bəyanatı yayan qrupdakı bəzi agentliklər arasında ÜST, UNICEF, Dünya Ərzaq Proqramı, CARE International, Save the Children və Mercy Corps da var.

İsrail bildirib ki, Qəzza zolağında HƏMAS-a endirdiyi zərbələr Fələstin ərazisini faktiki olaraq iki yerə bölüb.

İsrail qüvvələri "Qəzza şəhərini mühasirəyə alıb. İndi Qəzzanın cənubu və Qəzzanın şimalı var", ordu sözçüsü Daniel Hagari deyib.

ABŞ Dövlət Katibi Antoni Blinken regionu bürüyə biləcək böhranın qarşısını almağa çalışır.

Blinken bazar günü İsrailin işğalı altında olan İordan çayının qərb sahilində Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbasla görüşüb. O, Bağdada da qəfil səfər edib və orada İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə görüşüb.

İsrail və HƏMAS arasındakı münaqişəni və müharibənin, o cümlədən İraqda yayılmasının qarşısının alınmasının vacibliyini müzakirə ediblər.

Bazar ertəsi Blinken Ankarada Türkiyə rəsmiləri ilə Qəzzada vəziyyətlə bağlı danışıqlar aparacaq.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü İsrailin cənubundakı Ramon Hərbi Hava Qüvvələri bazasında pilotlarla danışarkən, “girovlarımız qaytarılmadan atəşkəsin olmayacağını” təkrarlayıb.

Bazar günü Hizbullah İsrailin üç uşaq və onların nənəsinin ölümünə səbəb olan avtomobili vurmasından sonra İsrailin “hesabını ödəyəcəyini” bildirib. İsrail isə zərbələrinin bir İsrail vətəndaşının ölümünə səbəb olan Hizbullah raket hücumuna cavab olduğunu deyir.

İsrail də Hizbullaha məxsus pilotsuz təyyarəni vurduğunu bildirib.

Bazar günü ABŞ rəsmisi Amerikanın Səsinə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns “Yaxın Şərqin bir neçə ölkəsinə” səfər edir.

ABŞ rəsmisi Amerikanın Səsinə deyib ki, səfərin diqqət mərkəzində Qəzzadakı vəziyyət, girovlarla bağlı danışıqlara dəstək və İsrail-HƏMAS münaqişəsinin böyüməsinin qarşısını almaq üçün çəkindirmə səyləri daxildir.