Urmiyədə İmam Xomeyni xəstəxanasında çalışan tibb bacıları və digər tibb işçiləri mitinq keçirərək dolanışıq şəraiti və tələblərinin yerinə yetirilməməsinə etiraz bildiriblər.
İran İşçilərinin Azad Birliyinin Telegram kanalının yaydığı xəbər və görüntülərə əsasən, tibb bacıları şənbə günü xəstəxananın qarşısında mitinq keçiriblər.
Tibb bacılarının dolanışıq şəraiti, maaşlar və bəzi digər ödənişlərin gecikməsi, eləcə də tibb bacısı əməkhaqqının tarif cədvəlinə etiraz edirlər.
Birliyin yaydığı videolarda çox sayda xəstəxana işçisi və tibb bacısının şüarlar səsləndirdiyi görünür. Mitinq iştirakçıları şüarlarında, o cümlədən rəsmilərdən "sadəcə vəd eşidib, ancaq əməl görmədiklərini" önə çəkiblər.
SEE ALSO: Şərqi Azərbaycan vilayətində zavod işçiləri piket keçiribİran Tibb Bacısı Evinin baş direktoru Məhəmməd Şərifi Müqəddəm keçən həftə mətbuata verdiyi açıqlamada hər il minlərlə tibb işçisinin İrandan digər ölkələrə mühacirət etdiyini bildirib.
Şərifi Müqəddəm deyib ki, "hər il minlərlə tibb bacısı universitetdən məzun olur. İşsiz olan tibb bacılarının sayı minlərlədir. Bəziləri az maaşla çalışmaq istəmir. Bəziləri isə digər işlərə yönəlir. Çoxları da mühacirət edir. Ölkəni tərk edən tibb bacılarının sayı Səhiyyə Nazirliyinin işə götürdüklərinin sayından artıqdır. Hər il 3 min tibb bacısı mühacirət edir, ancaq işə götürülənlərin sayı bundan azdır."