"Azərbaycanda milli musiqi alətləri üzrə mütəxəssislər yoxdur"
Your browser doesn’t support HTML5
Məmmədəli Məmmədov ömrünün 60 ildən çoxunu milli musiqi alətlərinə həsr edib. O, Milli Konservatoriyada elmi tədqiqat labaratoriyasına rəhbərlik edir, burda yeni milli musiqi alətlərinin yaradılması, təkmilləşdirilməsi və bərpasıyıla məşğuldur. O həm də 30-dan çox milli musiqi alətinin müəllifidir.