Oktyabrın 26-da hüquqşünas Əlayif Həsənov vəfat edib. Bu barədə onun yaxınları məlumat yayıb.
Hüquqşünasın ürək tutmasından vəfat etdiyi bildirilir.
Əlayif Həsənov vətəndaş cəmiyyətinin hüquqlarının müdafiəsi ilə tanınır. O, hüquq müdafiəçisi Leyla Yunusun hüquqlarının müdafiəsində iştirakı zamanı Vəkillər Kollegiyasından 2016-cı ildə kənarlaşdırılıb.
Əlayif Həsənov isə bu qərarın siyasi sifariş hesab edirdi, həmçinin siyasi məhbusları müdafiə, ölkədə məhkəmə sistemini tənqid edən vəkillərə qarşı təzyiqlərin tərkib hissəsi olduğunu bildirirdi.