BMT-nin Baş katibi:Qəzzanın "kütləvi dəstəyə" ehtiyacı var

BMT-nin Baş katibi Antonio Quterres cümə axşamı bildirib ki, Qəzzada yaşayan fələstinlilərə məhdud humanitar yardım kifayət deyil, bu, davamlı və miqyaslı olmalıdır.

“Bu, tələb olunan kiçik bir əməliyyat deyil; Qəzzə xalqına humanitar yardımın çatdırılması üçün davamlı səydir”, Quterreş BMT-nin yardım əməliyyatına hazırlıqlarına nəzarət etmək üçün Qahirədə jurnalistlərə bildirib.

“Açıq dillə desək, bu o deməkdir ki, humanitar yardımçılar yardımı ala bilməlidirlər və onu təhlükəsiz şəkildə paylaya bilməlidirlər.”

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Misirin xarici işlər naziri Sameh Şükrü ilə birgə mətbuat konfransında danışıb.

Misir Qəzzaya yardım ləvazimatlarının çatdırılması üçün beynəlxalq səylərdə böyük əhəmiyyət kəsb edənRəfah sərhəd keçid məntəqəsinə nəzarət edir.

Quterreş deyib ki, Rəfah qəzzalılar üçün “həyat xətti”dir.

HƏMAS-ın nəzarətində olan Qəzza zolağı HƏMAS-ın oktyabrın 7-də İsrail daxilində amansız və ölümcül terror aktı törətmiş, 1400 israillini öldürmüş və daha 200-ə yaxın insanı Qəzza zolağına qaçırmasından sonra İsrail tərəfindən tam mühasirəyə alınıb.

“Təxminən 2 həftədir ki, Qəzza xalqı yanacaq, qida, su, dərman və digər zəruri malların daşınmasından məhrumdur. Xəstəliklər yayılır. Təchizat getdikcə azalır. İnsanlar ölür” - deyə, Quterreşqeyd edib.

O bu həftə təcili humanitar atəşkəsə çağırıb.