ABŞ səfirliyi insanları viza alarkən dələduzlardan ehtiyatlı olmağa çağırır

ABŞ-ın Azərbaycandakı səfirliyi insanları viza alarkən dələduzlardan ehtiyatlı olamağa çağırır.

"Müxtəliflik vizası üçün müraciət müddəti hal-hazırda açıqdır. Xahiş edirik dələduzluğa qarşı ehtiyatlı olasınız. Vizaya müraciət etməyin yeganə yolu http://dvprogram.state.gov saytı vasitəsilə mümkündür və müraciət pulsuzdur. Biz sizi "viza məsləhətçisi", "viza agenti" və ya kömək təklif edən başqa şəxslər olmadan, ərizə formasını özünüzün doldurmağınızı tövsiyə edirik", ABŞ səfriliynin X (keçmiş Twitter) hesabında paylaşdığı xəbərdarlıqda deyilir.

Xatırladaq ki, əvvəllər Azərbaycanda viza fırıldaqçılığı ilə bağlı bir neçə nəfər həbs edilib.