İranın Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində siyasi fəal Araz (Məhəmmədrza) Əmani Nadarlının məhkəmə iclası keçirilib.
Hüquq müdafiə qruplarının yaydığı məlumata görə, Əmani Şəbistər İnqilab Məhkəməsində hakim qarşısına çıxarılaraq özünü məruz qaldığı ittihamlara qarşı müdafiə edib.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, türk fəal "İslam Respublikası nizamına müxalif qruplar ya təşkilatların xeyrinə təbliğat fəaliyyəti göstərmək" və "etnik qrupları təhqir etmək" ittihamları ilə mühakimə olunur.
Araz Əmani keçən may ayının 21-də Şəbistərin Nadarlı qəsəbəsində İranın kəşfiyyat qüvvələri tərəfindən nəzarət altına alınmışdı. O təqribən 3 həftə sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
SEE ALSO: İranın Şərqi Azərbaycan vilayətində fəallar iki oğlu həbsdə olan ailələyə kənd təsərrüfatı işlərində yardım edirMədəni fəal keçən avqust ayının 19-da da məhkəməyə çağrılmışdı. Ancaq onun işinə baxan hakimin məhkəmə iclasına gəlmədiyi üçün fəalın vəkili Əsgər Məhəmmədi ittihamlara qarşı hazırladığı müdafiə layihəsini şöbənin ofisinə təqdim etmişdi.
Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsindən olan Araz Əmani eləcə də qardaşı Hüseyn Əmani mədəni və siyasi fəaliyyətləri səbəbilə dəfələrlə həbs və mühakimə olunublar. Nadarlı qəsəbəsinin əhalisi milli-mədəni fəaliyyətləri ilə tanınır.
SEE ALSO: Tehran məhkəməsi pantürkist qruplara üzv olmaqda ittiham edilən fəalın həbs cəzasını qüvvədə saxlayıbSon vaxtlar İranın təhlükəsizlik qurumları tərəfindən Nadarlı qəsəbəsindən olan fəallara qarşı təzyiqlərin artdığı bildirilir.