Ruslan Sabirli "Türk Dünyası Mədəniyyət Forumu" ilə bağlı təəsuratları ilə bölüşüb

Türk Dünyası Mədəniyyət Forumu

I Türk Dünyası Mədəniyyət Forumu-nda iştirak edən aktyor, prodüser, Buktreyler və Cinemo Film Festivallarının təsisçisi Ruslan Sabirli öz təəsuratları ilə bölüşüb.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə oktyabrın 13-də Türk dünyasının paytaxtı Şuşa şəhərində I Türk Dünyası Mədəniyyət Forumu işinə başlayıb.

İki gün davam edən tədbirə TÜRKSOY-a üzv ölkələrdən qonaqlar, mədəniyyət, ədəbiyyat, incəsənət xadimləri və ekspertlər qatılıb. Forumda iştirak edən aktyor, prodüser, Buktreyler və Cinemo Film Festivallarının təsisçisi Ruslan Sabirli təbdirlə bağlı öz təəsuratları ilə bölüşür.

Your browser doesn’t support HTML5

Aktyor, prodüser və Cinema Film Festivalları-nın təsisçisi Ruslan Sabirli təbdirlə bağlı öz təəsuratları ilə bölüşür

Ruslan Sabirli ilk dəfə Azərbaycanda keçirilən türkdilli ölkələri özündə birləşdirən bu tədbirin Türk dünyası üçün böyük bir əhəmiyyət kəsb etdiyini deyir. O, iki gün keçirilən bu forumun proqramının çox sıx olduğunu - müxtəlif ölkələrindən gələn nümayəndələrin mədəniyyət sahəsində bir sıra qərarlar qəbul etmələri ilə yanaşı, onlar mədəni tədbirlərdə də iştirak edib. Onlar Şuşa qoruğunu, Cıdır düzünü, Şuşa qalasını, Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edib, Şuşa Konqres Mərkəzində "Şuşa Türk Ðünyası - Fotoqrafların gözü ilə" foto-sərgisinə tamaşa edib.

Ruslan Sabirli Şuşa "2023 Veb səhifəsi" və Şuşa "Türk Dünyasının Mədəniyyət Paytaxtı - 2023" poçt markasının təqdimatının olduğunu deyib. O, eləcə də TÜRKSOY-un Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı iclasının da Şuşa şəhərində keçirildiyini bildirib.