ABŞ İranın İsrail və HƏMAS arasında müharibəyə müdaxilə edə bilməsi təhlükəsindən narahatdır

ISRAEL-PALESTINIANS/BIDEN

Birləşmiş Ştatlar İsrail və HƏMAS arasında müharibənin genişlənməsi və xüsusən də İranın münaqişəyə birbaşa müdaxiləsi təhlükəsindən narahatlığını bildirib.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan CBS telekanalına müsahibəsi zamanı münaqişədə eskalasiya riskinin olduğunu deyərək, İsrail və Livan sərhədində yeni hərbi əməliyyatlar cəbhəsinin yarana bilməsi ehtimalını qeyd edib.

“Biz İranın bu və ya digər şəkildə birbaşa (hərbi) cəlb olunmağa üstünülük verə bilməsini istisna edə bilmərik. Biz mümkün gözlənilməz hallara hazır olmalıyıq,” Sullivan qeyd edib.

Sallivan ABŞ-ın diplomatik səyləri çərçivəsində İranla “özəl şəkildə əlaqələ saxlanıldığını” deyib.

Tehran uzun müddətdir ki, HƏMAS və Livanda Hizbullaha dəstək verir, onları maliyyə və silahla təmin edir.

“Bu, bir təhlükədir və bizim əvvəldən xəbərdar olduğumuz bir təhlükədir,” Sullivan HƏMAS-ın Qəzza zolağından İsrailin cənubuna hücumundan sonra başlayan müharibəyə İranın mümkün müdaxiləsi məsələsinə toxunaraq bildirib.

“Buna görə də prezident bu qədər sürətli və qətiyyətli hərəkət edərək, Aralıq dənizinin şərqinə təyyarədaşıyan gəmi göndərir, İran körfəzinə təyyarələr göndərir, çünki o, bu vəziyyətdən istifadə etməyə çalışacaq hər hansı bir ölkəyə və ya oyunçuya çox aydın mesaj göndərmək istəyir,” Sullivan bildirib.

ABŞ Müdafiə naziri Lloyd Austin şənbə günü “İsrailə qarşı düşmənçilik hərəkətlərini və ya HƏMAS-ın hücumundan sonra bu müharibəni genişləndirmək üçün hər hansı səyləri dayandırmaq üçün” ikinci təyyarə daşıyan gəminin Aralıq dənizinin şərqində yerləşdirildiyini elan edib. USS Eisenhower və onu müşayiət edən gəmilər HƏMAS-ın oktyabrın 7-də hücumundan sonra yerləşdirilən USS Gerald R. Ford gəmisinə qoşulacaq.