Bayden ABŞ-ın İsrailə dəstəyini vəd edib, HƏMAS-ın hücumlarını “vəhşilik” adlandırıb

Your browser doesn’t support HTML5

Bayden ABŞ-ın İsrailə dəstəyini vəd edib, HƏMAS-ın hücumlarını “vəhşilik” adlandırıb

Prezident Co Bayden çərşənbə axşamı ağ evdə HƏMAS-ın İsrailə hücumu ilə bağlı verdiyi açıqlamada bildirib ki, “Birləşmiş Ştatlar israilin yanındadır”. ABŞ prezidenti HƏMAS-ın keçən həftə sonu İsrailə qarşı hücumundan sonra Yaxın Şərqdə gərginliyi azaltmaq üçün konqresi təcili tədbirlər görməyə çağıracağını deyib. Verilən məlumatlara görə, hücum nəticəsində 22 amerikalı həyatını itirib. Təhlilçilərin bildirdiyinə görə, amerikalıların fələstin qruplaşması tərəfindən girov saxlanılması ehtimalı vəziyyəti daha da çətinləşdirir.

Prezident Co Bayden həftə sonu Həmas-ın İsrailə qəfil hücumunun yaratdığı şok və dəhşətini təsvir etdi.

“Bu, “xalis şər əməli” idi. İsraildə 1000-dən çox dinc sakin öldürüldü – sadəcə öldürülmədi, qətlə yetirildi. Onların arasında ən azı 14 Amerika vətəndaşı öldürülüb. Övladlarını bədənləri ilə qoruyan valideynlər qətlə yetirilib. Körpələrin qətlləri ilə dəhşət doğuran xəbərlər. Bütöv ailələr qətlə yetirilib”.

Prezident Bayden Vaşinqtonun İsrailin əks hücumu ilə bağlı mövqeyini aydın şəkildə bəyan edib.

“Biz İsrailin yanındayıq. Və biz İsrailin öz vətəndaşlarının qayğısına qalmaq, özünü müdafiə etmək və bu hücuma cavab vermək üçün lazım olan hər şeyə malik olduğuna əmin olmaq üçün əlimizdən gələni edəcəyik. Terrorizmə heç cür bəraət qazandırmaq olmaz. Heç bir bəhanə yoxdur.”

Bayden bu məqsədlə ABŞ-ın regiona aviadaşıyıcı hücum qrupu göndərdiyini bildirib və Konqresdən Nümayəndələr Palatasının yeni spikeri seçildikdən sonra “mühüm tərəfdaşlarımızın milli təhlükəsizliklə bağlı ehtiyaclarını maliyyələşdirmək üçün təcili tədbirlər görməsini” istəyəcəyini bildirib.

Təhlilçilər soyqrımın Ağ Evdə şok kimi qarşılandığını bildirir. Ağ Evin binası İsrail bayrağının rəngləri ilə işıqlandırıldı.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhliçisi Daniel Bayman: “Terrorçu qrup tərəfindən əsir götürülən amerikalıların ola bilməsi ehtimalı var. Bu, istənilən Amerika prezidentinin prioriteti olmalıdır. İkinci sual isə İsraildəki terror aktı nəticəsində amerikalıların ölümü ilə bağlıdır. Buna çox mürəkkəb regional vəziyyətdə bütün digər mürəkkəblikləri də əlavə edin və bu, təkcə İsrail və HƏMAS deyil, həm də Hizbullah və İranın müdaxiləsi ehtimalına ilə bağlıdır. Buna görə də prezident Bayden bütün bu məsələləri götür-qoy etməyə çalışır”.

Amerikanın Səsi Ağ Evdən Baydenin baş nazir Benyamin Netanyahudan hərbi cavabında təmkinli davaranmasını istəyib-istəmədəyi haqda sual verib.

ABŞ-ın Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi: “Heç kim günahsız insanların həyatına son qoyulduğunu görmək istəmir. Və dediyim kimi, həddən artıq çox hal olub. İsraillə münasibətimizin ən gözəl cəhətlərindən biri odur ki, biz iki demokratik ölkəyik və biz insan həyatına hörmət və qanunun aliliyi kimi şeylərə qarşılıqlı şəkildə inanırıq. Biz, iki ölkə birlikdə günahsız insanların həyatına hörmət etdiyimizi və təkcə qanunun aliliyinə deyil, həm də müharibə qanunlarına hörmət etdiyimizi dünyaya nümayiş etdirəndə həmişə daha güclü oluruq”.

ABŞ-ın rəqibləri günahkarı göstərməyə çalışdılar.

Rusiya prezidenti Vladimir Putin: “Təəssüf ki, biz Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə pisləşdiyini müşahidə edə bilərik. Düşünürəm ki, çoxları mənimlə razılaşacaq ki, bu, ABŞ-ın Yaxın Şərqdə [münaqişənin] həllini inhisara almağa çalışdığı, lakin təəssüf ki, hər iki tərəf üçün məqbul olan kompromislərin tapılması ilə maraqlanmadığı siyasətinin iflasa uğramasının bariz nümunəsidir.”

Kirbi bildirib ki, İsraildəki münaqişə Vaşinqtonun diqqətini başqa təhdidlərdən yayındırmayacaq.

“Birləşmiş Ştatların hansısa bir şəkildə diqqətinin yayınacağını düşünən hər bir ölkə yenidən düşünməlidir. Biz öz milli təhlükəsizlik maraqlarımız və dünyanın istənilən yerində müttəfiqlərimizin və tərəfdaşlarımızın maraqlarına diqqət göstərmək üçün kifayət qədər böyük, kifayət qədər qüdrətli, kifayət qədər güclü, iqtisadi cəhətdən - əslində, iqtisadiyyat hazırda inanılmaz dərəcədə güclüdür- kifayət qədər etibarlı ölkəyik”.

Prezident Bayden də ABŞ-ın İsrailin yanında olacağını deyib.