Çərşənbə günü respublikaçılar Nümayəndələr Palatasının növbəti spikeri olmaq üçün Stiv Skalisin namizədliyini irəli sürdülər.
Kapitolidə keçirilən qapalı səsvermədə respublikaçıların Nümayəndələr Palatasında spikerliyinə namizəd olmaq üçün mübarizə Ohayo ştatının nümayəndəsi Cim Cordan və Nümayəndələr Palatasında çoxluğa sahib olan Respublikaçıların hazırki lideri Stiv Skalis arasında gedib.
Səsvermə nəticəsində cüzi səs üstünlüyü ilə Skalis partiyasının spikerliyə namizədi olub.
Qan xərçəngi ilə mübarizə aparan, Luiziana ştatından olan konqresmen 2017-ci ildə beysbol oyunu məşqində Konqres üzvlərinə silahla hücumdan sağ çıxandan sonra bəziləri tərəfindən qəhrəman hesab edilir. Səsvermədən sonra Skalis "bizim çox işimiz var" deyib.
Nümayəndələr Palatasının tam tərkibinin iştirakı ilə səsvermə tezliklə keçirilə bilər. Lakin şiddətli daxili çəkişmələr keçən həftə Makkartinin tarixi impiçmentindən sonra Respublikaçılar arasında gərginlik yüksək olaraq qalır.
Hazırki vəziyyət Respublikaçıların Konqresdə hakimiyyəti ələ almasından cəmi 10 ay sonra, daxildə qeyri-müəyyənlik və xaricdə böhran dövründə baş verir.
Respublikaçılar Nümayəndələr Palatasında 221-in 212-ə fərqlə cüzi səs çoxluğuna sahibdirlər. Bu isə o deməkdir ki, spiker seçmək üçün tələb olunan minimum səs çoxluğunu əldə etmək üçün onlar namizədin arxasında sıx birləşməli olacaqlar.
Demokratlar öz namizədləri - Nümayəndələr Palatasının Demokratik Lideri Hakim Cefrisi tam dəstəklədiyi üçün MakKartiyə yanvarda qalib gəlmək üçün 15 tur səsvermə lazım olmuşdu. Bir neçə Respublikaçı isə Makkarti bəzi güzəştlərə gedənə qədər müqavimət göstərmişdi.
Edilən güzəştlər arasında hər bir partiya üzünün spikerin vəzifəsindən kənarlaşdırılması ilə bağlı məsələni səsverməyə çıxara bilməsinə icazə verilməsi də var idi. Beləcə Respublikaçıların nümayəndəsi Matt Gaetz, Makkartinin hökumətin bağlanmasının qarşısını almaq üçün Demokratlarla razılaşmasından sonra onun vəzifədən uzaqlaşdırılması üçün vəsatət qaldırdı.
Baxmayaraq ki, Konqres noyabrın ortalarına qədər çoxlu maliyyələşdirmə qanunları üzərində işi bitirmək və hökumətin yenidən bağlanması perspektivi ilə üzləşib spiker vəzifəsi hələ də boş qalmaqdadır. Üstəlik Ukraynaya yardım da öz təsdiqini gözləyir.