BMT-nin baş katibi Antonio Quterres İsraili hücumları dərhal dayandırmağa və bütün girovları azad etməyə çağırıb. O, həmçinin İsrail ordusuna əməliyyatlarını beynəlxalq hüquq normalarına uyğun həyata keçirmələri barədə xəbərdarlıq edib.
"Mən Fələstin xalqının qanuni şikayətlərini tanıyıram, lakin heç bir şey bu terror aktlarına və mülki şəxslərin öldürülməsinə, şikəst edilməsinə və oğurlanmasına haqq qazandıra bilməz. Mən bu hücumları dərhal dayandırılması və bütün girovların azad edilməsi çağırışımı təkrar edirəm”- deyə, Quterreş BMT-nin yüksək rütbəli rəsmilərinin fövqəladə iclasından sonra BMT qərargahında jurnalistlərə deyib.
Şənbə günü səhər Həmas döyüşçüləri İsrailin bir neçə şəhərinə koordinasiyalı, gözlənilməz çoxtərəfli hücum həyata keçirərək, yüzlərlə israillini və bəzi əcnəbiləri öldürüb, yaralayıb və qaçırıb.
Baş katib bildirib ki, İsrailin 2 milyondan çox insanın yaşadığı Qəzza zolağını tam mühasirəyə alması, qida, yanacaq və ya elektrik enerjisi ilə təmin etməməyi planlaşdırmasından "dərin narahatdır".
"Bu döyüşlərdən əvvəl Qəzzada humanitar vəziyyət son dərəcə ağır idi. İndi bu, yalnız pisləşəcək", Quterreş xəbərdarlıq edib.
O, yardım ləvazimatları və yardım işçilərinin Qəzzaya buraxılmalı olduğunu deyib.
Birləşmiş Millətlər Təşkilatı Qəzzada 120 mindən çox insanın məcburi köçkünə çevrildiyini bildirib. Su, kanalizasiya və gigiyena obyektlərinin zədələnməsi 400 000-dən çox insanın xidmətlərinə təsir göstərib.
BMT bildirib ki, Qəzza elektrik stansiyası hazırda Qəzzada yeganə elektrik mənbəyidir və yanacaq bir neçə gün ərzində tükənə bilər.
Ümumdünya Ərzaq Proqramı fələstinli qaçqınlara yardım edən BMT agentliyi UNRWA tərəfindən idarə olunan sığınacaqlarında fələstinlilərə əvvəlcədən təyin edilmiş yardım paylamağa başlayır.
Quterreş bildirib ki, o və BMT-nin Yaxın Şərq üzrə elçisi Tor Vennesland narahatlıqlarını və qəzəblərini dilə gətirmək və Yaxın Şərqə daha geniş sıçrayışdan qaçmaq üçün səyləri artırmaq barədə regional liderlərlə danışır.
BMT rəhbəri son hadisələrin vakuum şəraitində baş vermədiyini deyib. Quterreş bildirib: “Qan, nifrət və qütbləşmədən ibarət bu çıxılmaz vəziyyətə son qoymağın vaxtıdır”.
O, İsrailin təhlükəsizlik ehtiyaclarını və fələstinlilərin milli istəklərini yerinə yetirən iki dövlət həlli çərçivəsində və danışıqlar yolu ilə sülhə çağırıb.