İsrail və Fələstinli mühacirlərin Vaşinqton ştatında keçirilən etiraz aksiyalarına qatılması ilə gərginlik artıb.
Bazar günü Vaşinqtonun Kirkland şəhərində iki mitinq keçirilib. İsrailli mühacirlər şənbə günü səhər saatlarında həyata keçirilən hücumdan sonra Həmasa qarşı apardığı müharibədə ölkələrinə dəstək nümayiş etdirib.
Etiraz aksiyasının Fələstin tərəfdarları isə Qəzzaya dəstək ifadə etmək üçün toplaşıb və onların dediyinə görə, müqavimət Fələstinin haqqıdır.
Gərginlik artıb. İsrailli etirazçılar müxalifətçi mitinq iştirakçılarını terrorçuları dəstəkləməkdə ittiham edib.
Yerli polis toqquşan tərəfləri dağıtmaq üçün peyntbol silahı və bibər qazından istifadə edib. Nəticədə tərəflər yolun əks istiqamətlərinə ayrılıb.
Fələstin tərəfdarları bütün fələstinli məhbusların azad edilməsi tələbi və ABŞ-ın İsrailə hərbi yardımını pisləyən, İsrail və ABŞ bayraqlarını nümayiş etdirən İsrailyönlü mitinq iştirakçıları isə Həmasın hücumunun qurbanlarının təsvirləri olan plakatlar qaldırıb.
Bəziləri Birləşmiş Ştatlarda ailələri qəsdən öldürən və qaçıranları açıq şəkildə dəstəkləndiyini görəndə şoka düşdüklərini deyib.
“Bizim ölməyimizi istəyirlər. Sadəcə ölməyimizi istəyirlər. Onlar sülh istəmirlər. Heç nə istəmirlər. Onlar bu hücumu aylar əvvəl planlaşdırıb. Sadəcə gözləyirdilər. Ölənlərin sayı 800-dən çoxdur. 200 nəfər qaçırılıb. Qocalar, uşaqlar, körpələr, qadınlar”, İsrail tərəfdarı mitinq iştirakçısı Ofek Bəşəri bildirib.
Ofek Bəşəri deyib ki, İsrailə dəstək tədbirlərində iştirak etmək faciədən sarsılan cəmiyyətin bir yerdə olmasına kömək edən bir şeydir.
“Dəhşət hiss edirəm. Hiss edirəm ki, ailəmdən və dostlarımdan uzaqda edə biləcəyim yeganə şey budur. Həmas tərəfindən əsir götürülən ailəmiz var. Hazırdahər şeyləri qaydada olan dostlarımız ordudadır. Onlar gedirlər və bu, sadəcə dəlilikdir. Orada baş verənlər dəlilikdir”.
Fələstin tərəfdarı Amin Odeh zorakılığın şənbə günü hücumu ilə başlamadığını deyib.
“Biz Qəzza zolağındakı xalqımıza dəstək göstərmək üçün buradayıq. Onlar 17 ildir ki, mühasirədədirlər. Hər iki tərəfdən mülki şəxslərin hücuma məruz qalmasını heç kim istəmir. Ona görə də biz insanlara deyirik ki, onlar bizim insanları oğurlayıblar. İsrail həbsxanalarında 7,000 fələstinli var. Dünən başladı deyə bilmərik. Bu, 1948-ci ildə başlayıb. Bu, təkcə bu həftə sonu deyil, 75 il əvvəl başlayıb”.
İki saatdan çox sürən hər iki mitinq dinc şəkildə dağılıb.