İsrail Qəzzada Həmas hədəflərini vurur

Bazar ertəsi İsrail qüvvələri Qəzza Zolağındakı Həmas hədəflərinə yüzlərlə zərbələr endiriblər.

İsrailin hərbçi söçzüsü Polkovnik-Leytenant Riçard Hekt müxbirlərə deyib ki, İsrail qüvvələri 7-8 məntəqəni Həmas döyüşçülərindən təmizləməyə çalışırlar. O, əlavə edib ki, əməliyyatlar gözlənildiyindən daha çox vaxt aparır.

Digər sözçü Polkovnik-Leytenant Conatan Konrikus İsrailin ehtiyatda olan 100,000 hərbçini aktiv xidmətə çağırdığını bildiribş

“Bizim əsas vəzifəmiz odur ki, bu müharibənin sonunda Həmasın İsrail vətəndaşlarını hədələyəcək hərbi imkanları qalmasın,” Kornikus X platformasına yerləşdirdiyi videoda deyirş “Bundan əlavə, biz elə edəcəyik ki, Həmas Qəzza Zolağını idarə edə bilməyəcək.”

İsrail hökuməti bazar günü rəsmən Qəzza Zolağındakı Həmas militantlarına müharibə elan edib.

Müharibə elanı İsrail baş naziri Benyamin Netanyahunun şənbə günü ölkəsinin müharibədə olduğunu deməsindən sonra verilib. Nazirlər kabinetinin son qərarı həmin bəyanatı rəsmiləşdirmiş olur.

Kabinetin səsverməsindən öncə Netanyahu İsrailin Həmasdan güclü qisas alacağını bildirib.