Misirin İsgəndəriyyə şəhərində polis zabiti İsrail turistlərinə atəş açaraq azı iki israillini və bir misirlini öldürüb.
İnsidentdə dördüncü şəxs yaralanıb.
Hücumu törədən polis zabiti saxlanılıb.
Misrin təhlükəsizlik qüvvələrindən mənbə Reuters xəbər agentlyiinə bildirib ki, polis özünə nəzarəti itirdiyini və qrupa atəş açdığını deyib.
Qətllər Həmasın İsrailə hücumundan bir gün sonra baş verib.
Misir və İsrail 1979-cu ildə sülh müqaviləsi imzalayıblar, lakin Misirdə, ələlxüsus İsrail-Fələstin toqquşmaları əsnasında anti-İsrail sentimentləri güclü olaraq qalır.