Şərqi Azərbaycanda siyasi fəal İsmayıl Əhmədi prokurorluğa çağırılıb

İsmayıl Əhmədi

İranın Şərqi Azərbaycan vilayətində siyasi fəal İsmayıl Əhmədi özünü məruz qaldığı ittihamlara qarşı müdafiə etmək üçün Vərziqan şəhərinin prokurorluğuna çağırılıb.

Abbas Lisani Telegram kanalının surətini yaydığı çağırış vərəqəsinə əsasən, Əhmədiyə "İslamın müqəddəslərini təhqir etmək", "əhalini daxili və xarici təhlükəsizliyə qarşı cinayət törətməyə təşviq etmək", "nizama düşmənlik edən kanallar ilə irtibat", "yalan məlumat yaymaq" və "İslam Respublikası nizamına qarşı təbliğat" ittihamları ilə məhkəmə işi açılıb.

Çağırış vərəqəsində həmçinin yazılıb ki, "müttəhim sözügedən ittihamlar ilə əlaqədar 5 gün ərzində Vərziqan şəhərinin ümumi və inqilab prokurorluğuna müraciət etməlidir. Müttəhimin ittihamlara qarşı özünü müdafiə etəmk üçün hər hansı bir dəlil və ya sənədi varsa, yanında gətirsin. Müttəhim müəyyən edilmiş möhlətdə müraciət etmədiyi təqdirdə nəzarət altına alınacaq."

SEE ALSO: Milli fəal İsmayıl Əhmədi Əhər İnqilab Məhkəməsində hakim qarşısına çıxarılıb

İsmayıl Əhmədi bundan əvvəl də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və mühakimə edilib. Hüquq müdafiəçiləri, onun daha əvvəl, o cümlədən Süngün mis mədəninə çalışan işçilərin hüquqlarını müdafiə etdiyi üçün saxlanıldığını bildiriblər.