Sentyabrın 27-də ABŞ-da keçiriləcək prezident seçkilərində partiyalarının namizədi olmaq uğrunda mübarizə aparan yeddi Respublikaçının növbəti debatı keçirilib. Respublikaçılar Partiyasının prezidentliyə ən güclü nominasiya olan keçmiş prezident Donald Tramp yenə də debata qatılmayıb.
77 yaşlı Trampa qarşı qaldırılan məhkəmə iddialarına baxmayaraq, sorğular onun Respublikaçılar Partiyasının prezidentliyə ən güclü namizədi ola biləcəyini göstərir.
Trampın debatda iştirak etməməsi onun iki rəqibinin reaksiyasına səbəb olub. Donald Trampın ən yaxın rəqibi, lakin anketlərdə hələ də ikinci yerdə olan Florida qubernatoru Ron DeSantis, "Donald Tramp ortada deyil. O, ölkənin borcuna niyə 7,8 trilyon dollar əlavə etdiyinə cavab vermək üçün bu səhnədə olmalıdır" - deyə, bildirib.
Nyu Cersi ştatının keçmiş qubernatoru Kris Kristi zarafatyana bildirib ki, əgər keçmiş prezident Respublikaçılar Partiyasının prezidentlik debatlarından yayınmağa davam edərsə, "biz daha sizə Donald Tramp deməyəcəyik, sizə Donald Dak deyəcəyik”(Walt Disney cizgi filmi personajı).
Kaliforniyadakı Ronald Reyqan Prezident Kitabxanasında keçirilən debat proqramına qatılmaq əvəzinə Tramp avtomobil işçilərinin tətilinin davam etdiyi Miçiqanda yürüşə qatılıb.
Mitinq zamanı Trampın hədəfi Demokratlar partiyasından prezident Co Bayden olub. Sabiq prezidentin çıxışında Respublikaçılar Partiyasından prezidentliyə namizədlik uğrunda yarışanların adlarını çəkməməsi diqqət çəkib.
Baydeni hədəf alan çıxışında Tramp "Crooked Joe-nu Çinə milyonlarla iş yeri göndərməkdə" günahlandırıb və Baydenin amerikalıları əksər ailələr üçün çox baha olan elektrikli avtomobillər almağa məcbur etdiyini deyib.
“RealClearPolitics” tərəfindən aparılan son sorğular göstərir ki, Trampın Respublikaçı seçicilər arasında namizədliyi 56 faiz dəstəklənir və DeSantisdən 42 xal üstündür. Tramp iddia edir ki, onun rəqibləri ilə eyni debat səhnəsində görünməklə strateji olaraq heç nə qazana bilməz.
Trampın digər beş rəqibi isə Tramp dövründə Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli, sahibkar Vivek Ramasvamidi, keçmiş vitse-prezident Mayk Pens, Cənubi Karolina senatoru Tim Skott və Şimali Dakota qubernatoru Daq Burqamdır.
Ötən ay Respublikaçıların qatıldığı ilk debat proqramından sonra keçirilən ümummilli sorğular keçmiş prezident Trampa qarşı ittihamlara və davam edən məhkəmə proseslərinə baxmayaraq, rəqibləri üzərində üstünlüyünü qoruduğunu ortaya qoyub.
Dünən axşam keçirilən ikinci debatda Respublikaçılar Trampa dəstəyin davam etdiyi bir vaxt yenidən seçilmək istəyən Demokrat prezident Baydenə qarşı daha yaxşı namizəd olmalarını inandırmaqda çətinlik çəkiblər.
Respublikaçılar Partiyasında prezidentliyə namizədləri müəyyənləşdirmək üçün ilkin seçkilər 3 ay yarım sonra Ayova ştatında başlayacaq və digər ştatlarda da davam edəcək.
Gələn ilin iyulunda isə Respublikaçılar keçiriləcək milli qurultayda prezidentliyə namizədlərini rəsmən elan edəcəklər.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.